Nida Təhlil
Paşinyan onu Kremlə qurban verir – Qriqoryan çətin vəziyyətə düşdü
Nikol Paşinyan mətbuat konfransında “Ermənistanın ittifaq dövlətinə daxil olması” ilə bağlı Rusiyadan rəsmi təklif almadıqlarını bəyan etdi. Bu, “təklifin qeyri-rəsmi edilmədiyi” demək deyil, Nikolun özü də bunu dəqiqləşdirməyib. Lakin erməni baş nazirin bu açıqlaması dilemmativ vəzəyyət də yaradır.
Ötən ilin sonunda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etdi ki, “ölkənin strateji müttəfiqi Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, həmçinin formalaşmaqda olan Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur edir”.
Rusiya cavabında bunu təxribat adlandırdı. Kremlin sözçüsü Dmitri Peskov bəyan etdi ki, “Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatları təxribat xarakterlidir. Rusiya rəsmilərindən heç biri bunu deməyib və heç kim vasitəsilə erməni tərəfinin diqqətinə çatdırılmayıb”.
Qriqoryanın açıqlaması kifayət qədər ciddi ittihamdır və izahı belədir ki, Rusiya “strateji tərəfdaşı” olan Ermənistanın maraqlarını Azərbaycana satır, eləcə də, “ittifaq dövləti” planı ilə suverenliyini təhdid edir. Bəllidir ki, bu açıqlama İrəvanın son dövrlər artan xətt üzrə davam edən anti-Rusiya siyasətinin bir hissəsidir və Qriqoryan Paşinyandan xəbərsiz danışmır. Əksinə, erməni baş nazir Moskvaya mesajını, həm də anti-Rusiya siyasətini Qriqoryanın dili ilə çatdırır.
Təxminən iki həftə sonra isə Nikol Paşinyan özü Rusiyaya qarşı irəli sürülən bu ittihamı təkzib etdi. Əslində İrəvan bununla Moskva qarşısında manevr edir, daha doğrusu, manevr etdiyini düşünür: Qriqoryan lazım olan sözü deyir, Paşinyan bu sözü təkzib etməklə “nə əldə etmək istədiklərini” çatdırır;
Hərçənd, bu “söz dueli” və ittiham-təkzib tandeminin sonunda mütləq bir nəticə olmalıdır.
Birincisi, İrəvan və Moskva məsələni olduğu kimi saxlayır və bununla Qriqoryan “yalançı vəziyyətinə” düşür;
İkincisi, Kreml Qriqoryanın ittihamlarına görə cəzalandırılmasını tələb edir və məsələ daha da ciddiləşərsə, Paşinyanın Armeni qurban verə biləcəyi də istisna deyil;
Bütün hallarda Nikol son açıqlamaları ilə Qriqoryanı “çətin vəziyyətə” saldı.
Asif
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
