Nida Xəbər
Ermənistan Rusiyanı ittiham etdi: "Bizi məcbur edir ki, Azərbaycana dəhliz verək və..."
Ermənistan hakimiyyəti ilk dəfə yüksək səviyyədə bildirir ki, ölkənin strateji müttəfiqi Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, həmçinin formalaşmaqda olan Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur edir.
Publika.az xəbər verir ki, bu barədə "Azatutyun" ("Azadıq") radiosu məlumat yayıb.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən İctimai Televiziyanın birbaşa efirində bildirib ki, Azərbaycanın sentyabrın 13-də Ermənistanın suveren ərazisinə "müdaxiləsi", eləcə də Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin bağlanması Rusiyanın Ermənistana təzyiqi çərçivəsində inkişaf edir. Qriqoryanın fikrincə, Ermənistan-Rusiya münasibətlərində son zamanlar açıq şəkildə ifadə olunan böhranın səbəbi məhz budur.
“Bu, Ermənistan ərazisindən keçən hansısa yolun əldə edilməsi baxımından qondarma dəhliz məntiqində Azərbaycana dəstək kontekstində, belə demək mümkünsə, geniş kontekstdir. Ermənistan buna müqavimət göstərməkdə davam edir. Yeri gəlmişkən, açıq deyə bilərəm ki, sentyabrın 13-dəki eskalasiya da bununla bağlıdır və əsasən bütün böhranın əsası və ya motivi budur”, - Qriqoryan bildirib.
Aparıcının "bütün bunlar hamısı dəhliz üçün edilirmi" sualına Ermənistan Təhlükəsizlik Şurasının katibi belə cavab verib: “O cümlədən, başqa sözlə, Ermənistan ərazisindən eksterritorial dəhliz üçün”.
“Laçında bu təzyiqlər, bu hadisələr?” - Qriqoryan aparıcının bu sözlərinə belə reaksiya verib: “Təbii ki, bütün təzyiqlər buna görədir”.
Ermənistan Təhlükəsizlik Şurasının katibi, həmçinin ilk dəfə olaraq bəzi hökumətyönlü erməni deputatların Rusiyanın Ermənistanı ittifaq dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı bəyanatlarını təsdiqləyib. Qriqoryan bəyan edib ki, Ermənistan strateji müttəfiqinin bu istəyinə müqavimət göstərir və hərbi təzyiq şəklində cavab alır. Təhlükəsizlik Şurasının katibi, konstitusiyaya görə Ermənistanın suveren dövlət olduğunu və belə qalacağını, suverenitetin qorunmasının hazırkı Ermənistan hökumətinin missiyası olduğunu vurğulayıb.
“İttifaq dövlətinə gəldikdə, təbii ki, Ermənistana təzyiqlər də buradan gəlir. Erməni demokratiyası və demokratik sistemi hər dəfə ona müqavimət göstərəndə, o, hərbi güc formasında başqa cür təzyiqlərə məruz qalır”, - deyə Armen Qriqoryan bildirib.
Səxavət
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





