Nida Təhlil
Prezidentdən MESAJ: Rusiya hərbi kontingenti BU TARİXDƏ Qarabağı tərk etməlidir!
“Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi geniş müsahibədə Rusiya hərbi kontingentinin Qarabağdakı missiyasının 2025-ci ildə başa çatacağını bir daha xatırladıb. Bununla İlham Əliyev həm Moskvaya, həm İrəvana, həm də Qarabağdakı separatçılarına mesaj göndərib ki, rəsmi Bakı Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmayacaq və onlar siyasətlərini Bakının bu qərarına görə müəyyənləşdirməlidirlər”.
Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, İlham Əliyevin bu yanaşması Kremlin xoşuna gəlməyəcək:
“Moskva Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmaq istəyir. Ancaq Moskva başqa bir dilemmayla da üzləşib. Qarabağda Rusiya hərbi kontingentini Ermənistanın baş naziri Nikol Paşinyan da istəmir, ancaq onun arqumenti fərqlidir. İlham Əliyevin açıqlaması ilə eyni gündə Nikol Paşinyan Qarabağdakı Rusiya hərbi kontingentinin beynəlxalq qüvvələrlə əvəz olunmasını təklifini təkrarlayıb. Bu da Kremlin xoşuna gəlməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov deyib ki, Qarabağa BMT sülhməramlılarının missiyası münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər. Peskov bu cümləsi ilə Rusiya prezidenti Vladimir Putinin mesajını Paşinyana ünvanlayıb. Bu məsələdə Moskva ilə Bakının maraqları üst-üstə düşür”.
.jpg)
E.Şahinoğlu qeyd edib ki, Kreml İlham Əliyevin “Rusiya hərbi kontingentinin Qarabağdakı missiyasının vaxtı 2025-ci ildə başa catacaq” fikrinə münasibət bildirməyib, amma Nikol Paşinyanın “Rusiyanı BMT əvəz etsin” fikrinə dərhal cavab verib:
“Məsələ sadədir. Azərbaycanın, 2020-c il 10 noyabr bəyanatına görə Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmamaq səlahiyyəti var və Kreml buna qarşı rəsmi etiraz bildirmir, Ermənistanın isə Rusiyanı BMT ilə əvəz etmək səlahiyyəti yoxdur. Ancaq bu, bizi rahatlatmamalıdır. Kremlin Rusiya hərbi kontingentinin bölgəni tərk etməməsi üçün erməni separatçıları ilə və Qarabağa göndərdiyi Ruben Vardanyanla birgə Azərbaycana qarşı müxtəlif təxribatlar hazırlayacağı istisna deyil. Bütün hallarda Azərbaycanda vahid mövqe formalaşıb: Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk etməlidir!”.
Akqabay Mıradov
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib




























.jpg)
.jpg)




