Nida Təhlil
Birinci vitse-prezidentin bu missiyası millətimizin başını daim uca edir - RƏY
“Türkiyədə dəhşətli fəlakət nəticəsində yaranmış böyük faciənin nəticələrinin aradan qaldırılması üçün ilk yardım əlini uzadan Azərbaycan oldu. Qardaş ölkədə baş verən zəlzələdən sonra Azərbaycan dövlətinin, xalqımızın dəstəyinin ardı-arası kəsilmir, hər kəs səfərbər olub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda qardaş Türkiyəyə yardım kampaniyasına başladıldı. Xalqımız böyük coşqu ilə qardaşlarına yardıma tələsirlər”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.
O bildirib ki, bu gün Mehriban Əliyeva bütün dünyada mərhəmət, humanistlik, xeyriyyəçilik rəmzi kimi tanınır:
“Bakı iki ünvanda - Heydər Əliyev adına İdman Kompleksində və Əl Oyunları İdman Sarayında Türkiyədə fəlakətdən əziyyət çəkənlər üçün yardımlar toplandı. Heydər Əliyev Fondunun xətti ilə toplanan yardımlar qardaş ölkəyə göndərildi. Mehriban Əliyevanın yardımlarla bağlı paylaşımında hazırda təbii fəlakət zonasında çalışan xilasedicilərimizin, tibb işçilərimizin, diplomatlarımızın, media nümayəndələrimizin əməyini yüksək qiymətləndirdi. Birinci vitse-prezident xalqımızın milli birlik və həmrəylik nümayiş etdirməsini, insanlarımızın Türkiyə xalqının, bütün türk dünyasının yaşadığı bu faciəyə dəstəyini xüsusi olaraq qeyd etdi”.

Deputat qeyd edib ki, indiyə qədərki təbii fəlakətlərdə də Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu yaxından iştirak edib:
“Qardaş Türkiyədə bundan əvvəl baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında, insanlara yardım çatdırılmasında Heydər Əliyev Fondu geniş fəaliyyət göstərib. Pakistanda olan zəlzələnin nəticələrinin aradan qaldırılmasında da Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bir örnək oldu. Bu gözəl missiya millətimizin başını daim uca edir və dünyada rəğbətlə qarşılanır. Bu, Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığı, möhkəmliyi və əbədiliyinin əyani sübutudur”.
Akqabay Mıradov
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
-
Magazin130 May 22:24Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
İdman30 May 20:36Əfsanə geri dönür?
-
Sosial30 May 20:24Depressiya görün necə müalicə edilir - Tibbdə yenilik
-
Magazin130 May 20:12Qızları Rəvanın toyunda - VİDEO


























.jpg)










