Nida Təhlil
İran İƏT-in təcili iclasını çağırır: Azərbaycandan şikayət edəcəklər
İran İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Fələstində baş verənlərlə bağlı təcili toplantı keçirilməsi çağırışını edib.
Publika.az İRNA-ya istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi İndoneziya prezidenti Cako Vidodo ilə telefon söhbətində İƏT-in təcili toplanmasını təklif edib.
Rəisi bildirib ki, İƏT “ Fələstin xalqını ümdafiə etmək və İsrailə cavab vermək” üçün ortaq qərar qəbul etməlidir. İndoneziya prezidenti bu təklifi qəbul edib.
İranın məqsədinin təkcə Fələstin məsələsi olmadığı aydındır və istisna deyil ki, İƏT-in təcili toplantısının keçirilməsini istəyən Tehran İsraildə səfirlik açdığına görə Azərbaycandan da İslam dünyasına şikayət etmək niyyətindədir.
İran Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərarda Tehranın bu istiqamətdə addımlar atacağı öz əksini tapıb.
Qərarda bildirilir:
- Azərbaycanın İsraildə səfirlik açmasının mənfi nəticələri olacaq və dünya müsəlmanları buna qarşı çıxacaq;
- Ərəb və İslam hökumətlərindən, İslam dünyasından, xüsusilə İƏT, İslam Məclislərarası Katibliyindən bunu qınamalarını xahiş edirlər;
- İran Xarici İşlər Nazirliyi bütün İslam ölkələrinə bəyanat göndərərək, lazımi diplomatik tədbirləri görəcək;
Bu qərar deməyə əsas verir ki, İran İslam dünyasında Azərbaycana qarşı cəbhə formalaşdırmaq, rəsmi Bakıya bu müstəvidə təzyiq etmək niyyətindədir. İran parlamentinin iki gün öncə - 5 apreldə belə bir qərar qəbul etməsindən sonra Rəisinin İƏT-in “Fələstin məsələsi”nə görə təcili toplantı çağırması təsadüfi deyil və gözləniləndir ki, Tehran bu toplantıda Azərbaycanın İsraildə səfirlik açması məsələsini də gündəmə gətirəcək.
İranın məqsədinin “müsəlman təəssübkeşliyi” olmadığı sirr deyil.
Birincisi, Tehran rejimi Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə İƏT-in Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair onlarla qətnamə və qərarına məhəl qoymadan, işğalçı ölkəni dəstəkləyib;
İkincisi, Ermənistan İsraildə səfirliyini hələ üç il öncə - 2020-ci ilin 19 sentyabr tarixində açıb, amma molla rejimi ermənilərlə qardaşlığını hər keçən gün daha da gücləndirir;
Molla rejiminin dərdi Fələstin olsaydı, öncə Ermənistana etiraz edər, ermənilərlə qardaşlıq etməzdi.
Asif
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)







.jpg)



















.jpg)
.jpg)
