Nida Təhlil
İran bu sistemləri sərhədimizə gətirdi - Ordumuzu izləyir?
İran Azərbaycanla sərhəddə xüsusi radar sistemləri yerləşdirib. SEPAH-ın Qüds qanadına bağlı teleqram kanalı məlumatı bu qeydlə yayımlayıb: “İran-Azərbaycan əlaqələri gərginlik yaşadığı dönəmdə. İran ölkənin şimal-qərbində bir sıra çoxməqsədli mərhələli radarlar yerləşdirib”.
Bakı-Tehran xəttində gərginlik yaxın günlərə qədər davam edirdi. Xarici işlər nazirləri səviyyəsində qurulan təmaslardan sonra müəyyən yumşalmaların yaranması müşahidə edilsə də, gərginliyin arxada qaldığını demək çətindir. Bu baxımdan, radarların da yaxın dövrdə sərhəddə yerləşdirildiyi və hələ də orada olduğunu demək mümkündür.
Burada diqqətçəkən bir neçə məqam var:
Birincisi, radarlarla bağlı məlumatın niyə bu gün tirajlanmasıdır;
Bakı ilə müəyyən təmaslar qurulsa da, Tehranın Azərbaycan-İsrail münasibətlərinə dair mövqeyi dəyişməyib və İsrailin xarici işlər naziri Eli Kohenin bu gün Bakıya səfəri də cənubda narahatlıqla izlənilir. Kohenin Bakıya gəldiyi gün Azərbaycanla sərhəddə radarların yerləşdirilməsi informasiyasının tirajlanması “Azərbaycan-İsrail münasibətləri İrana qarşıdır” iddiasından əl çəkməyən Tehranın “güc nümayişi” sərgiləməsi kimi başa düşülə bilər.
İkincisi, bu radar sistemlərindən hansı məqsədlər üçün istifadə edilməsidir;
İranın radar sistemləri ilə bölgədə kəşfiyyat işləri apardığı və toplanan məlumatların Ermənistana da ötürüldüyü istisna deyil. 44 günlük müharibədə İranın Azərbaycanla sərhəddə xüsusi radar sistemləri və dinləmə stansiyaları quraşdırdığı, Azərbaycan ordusunun hərəkət traektoriyası, danışıqları, əməliyyat şəraiti və döyüş təyyarələrinin hava hərəkəti haqda məlumatlar toplayaraq, Ermənistanın Baş Qərargahına ötürdüyü bəllidir. Ermənistan sərhədlərini “qırmızı xətti” elan edən Tehranın sərhədimizdəki radarlarla eyni işi davam etdirdiyi versiyası güclüdür. Hətta təcrübə, bunun şübhəsiz belə olduğunu da deməyə əsas verir.
Asif Nərimanlı
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






