Nida Təhlil
Bakı və Ankaranın Xankəndidə birlik əməliyyatı: bu sənəd əsas yaratdı
Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür. 100 il öncə Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə 100 il sonra – 2021-ci il 15 iyun tarixində Şuşada imzalanan bəyannamə ilə Qarabağın, ümumilikdə Azərbaycanın təhlükəsizliyinin qarantına çevrildi.
Bəyannaməyə əsasən Azərbaycan və Türkiyənin:
- silahlı qüvvələri tərəflərdən birinin ərazi bütövlüyünə təhdid, yaxud müdaxiləyə qarşı birgə addım atır;
- ordusu hərbi arsenalın təminatından tutmuş təlimlərə qədər bütün istiqamətlərdə birgə formalaşdırılır;
- Milli Təhlükəsizlik Şuraları mütəmadi olaraq birgə iclaslar keçirir və milli maraqların qorunması ilə bağlı qərarlar verir;
- diplomatiyası beynəlxalq siyasi platformada birgə fəaliyyəti genişləndirir;
- Zəngəzur dəhlizinin açılması eyni hədəf olaraq müəyyənləşir və s;
Bəyannamənin imzalanmasından ötən iki ərzində Bakı-Ankara ittifaqının atdığı addımların bir qismini açıq mənbələrdən əldə etmək mümkündür.
Azərbaycan ordusunun Türkiyə modelinə keçidi, müdafiə sənayesi sahəsində birgə addımların atılması, beynəlxalq müstəvidə birgə fəaliyyətin göstərilməsi, iki ölkənin Milli Təhlükəsizlik Şuralarının birgə iclaslarının keçirilməsi və s.istiqamətdə işlər görülür.
- Silahlı Qüvvələrdə xüsusi təyinatlı qüvvələrin sayı artırılır, o cümlədən, Türkiyə ordusunun modelinə uyğun komando birlikləri yaradılıb;
- Azərbaycan-Türkiyə hərbi təlimləri intensivləşdirilib: təkcə bu il ərzində 16 birgə təlimin keçirilməsi nəzərdə tutulur, artıq 6 təlim baş tutub və bu, mümkün təhdidlərə qarşı iki ölkə ordusunun birgə əməliyyatlarına da hazırlıq kimi qiymətləndirilə bilər;
- Müdafiə sənayesi sahəsində birgə istehsalla bağlı planlar icra edilir: Azərbaycanda "Bayraqdar"ın istehsal mərkəzinin yaradılması razılaşdırılıb, o cümlədən, "Akıncı" İHA-larının ölkəmizdə istehsalı da istisna deyil;
Ötən iki il müddətində Azərbaycan və Türkiyənin Şuşa Bəyannaməsinə əsasən praktiki müstəvidə birgə addımladığını nümayiş etdirən proseslər baş verib.
- Azərbaycana qarşı xarici təhdidlərin qarşısında Türkiyə qalxan rolunu oynayıb: Rusiya, İran və Qərbin Bakıya təzyiqinin heç bir nəticə verməməsində Ankara amili əhəmiyyətlidir;
- Azərbaycan ən çətin vaxtlarda Türkiyənin yanında yer alıb: Qəhrəmanmaraşda baş verən "əsrin fəlakəti" zamanı rəsmi Bakının və Azərbaycan xalqının dəstəyi bunun son nümunələrindəndir;
- Xarici siyasət koordinasiyalı şəkildə aparılır: Ukrayna müharibəsində Bakı və Ankaranın humanitar problemlərin həllindən tutmuş diplomatik təmasların qurulmasına qədər bir çox istiqamətdə əldə etdikləri nəticələr birgə fəaliyyətin bəhrəsidir; iki ölkə türk dünyasının dərin inteqrasiyasına da rəhbərlik edir və atılan addımlar türk dövlətlərinin birliyini daha da gücləndirir;
- Zəngəzur dəhlizinin açılması istiqamətində praktiki müstəvidə işlər sürətləndirilir, o cümlədən, siyasi müstəvidə bu hədəfə doğru addım-addım irəliləyiş əldə edilir: liderlərin Bakıda son görüşdə bununla bağlı müzakirələri və verilən bəyanatlar da dəhlizin həyata keçirilməsi məqsədilə prosesin sürətləndirildiyini deməyə əsas verir;
- Qarabağda güc balansı Azərbaycanın xeyrinə dəyişib: Xankəndidəki separatçılar ətrafında halqa daralıb və Laçın postunun qurulması ilə onların xarici aləmlə bağlantıları kəsilib; hazırda erməni əhalisinin reinteqrasiyası prosesi istiqamətində işlər görülür;
Və Şuşa bəyannaməsinin imzalanmasından iki il sonra yeni bir reallıq da ortaya çıxıb: mümkün Xankəndi əməliyyatında Azərbaycan və Türkiyənin birgə iştirakı;
Erməni əhalisinin reinteqrasiyasının qarşısını alan separatçıların Bakının amnistiya təklifini qəbul etməməsi və son günlər təxribatların intensivləşdirilməsi buna qarşı praktiki addımları qaçılmaz edir. Mümkündür ki, Azərbaycan suverenliyinə qarşı təhdidləri aradan qaldırmaq və erməni vətəndaşlarını girovluqdan xilas etmək məqsədilə Xankəndi əməliyyatına başlasın. Prezident İlham Əliyevin Qarabağda hədəflərimizə nail olmaqla bağlı dediyi "son addımdayıq" sözləri, o cümlədən, Ərdoğanənın Bakıda çıxışı zamanı Vətən müharibəsindən danışarkən, dediyi "indi qarşımızda atılacaq bəzi addımlar var. İnşallah, bu addımları da uğurla atdıqca, Azərbaycan mövcud əhalisi ilə təbii ki, daha da irəli gedəcək" sözləri bu kontekstdə diqqət çəkir. Və separatizmin ləğv edilməsi istiqamətində hərəkətə keçiləcəyi gözləntisini artırır.
Şuşa Bəyannaməsi imkan verir ki, mümkün Xankəndi əməliyyatında Türkiyə təkcə siyasi baxımdan yox, həm də hərbi baxımdan Azərbaycanın yanında olsun.
Praktiki nəticələr və yaranan imkanlar Əliyev və Ərdoğanın Şuşa Bəyannaməsi ilə tarixi gediş etdiyini bir daha təsdiq edir.
Asif Nərimanlı
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO