17 yaşlı yeniyetmə 4 yaşlı dayısı oğlunu... - Ağdaşda DƏHŞƏT
Bizi izləyin

Nida Təhlil

17 yaşlı yeniyetmə 4 yaşlı dayısı oğlunu... - Ağdaşda DƏHŞƏT

17 yaşlı yeniyetmə 4 yaşlı dayısı oğlunu... - Ağdaşda DƏHŞƏT

Şəki Ağır Cinayətlər Məhkəməsində 2018-ci il təvəllüdlü dayısı oğlu B.Aydına (ad və soyadlar şərtidir) qarşı seksual xarakterli cinsi zoraklıq hərəkətləri edən 2006-cı il təvəllüdlü H.Zeynala hökm oxunub.

Publika.az xəbər verir ki, hadisə 2022-ci ildə Ağdaş rayonunda baş verib.

Məlum olub ki, 4 yaşlı uşaq Zeynalın dayısı oğludur. O, yaxınları ilə birgə dayısının evinə qonaq gəlib və hadisə də orada yaşanıb.

“Dayım gildə yerdə döşəkçənin üzərində uzandım. Bu zaman Aydın da yanıma gəldi və arxası üstə yanımda uzandı. Həmin vaxt ağlıma onunla seksual hərəkətlər etmək gəldi. Bu məqsədlə Aydının qarın hissəsindən tutub qucaqlayaraq sol tərəfi üzərinə çevirdim və əynində olan şalvarını və alt paltarını arxa hissəsi görünənə kimi soyundurdum”, - deyə təqsirləndirilən ifadəsində qeyd edib.

O azyaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edib.

Baş vermiş hadisə az yaşlı oğlanın anasının şübhələri sonrası ortaya çıxıb.

Aydının anası B.Günel məhkəməyə verdiyi ifadəsində bildirib ki, həmin gün uşağın alt paltarını dəyişdiyini görüb və səbəbini soruşub.

“Mənə dedi ki, paltarı yaş olub. Alt paltarını əlimə aldım və gördüm ki, pis bir qoxu gəlir. Oğlumdan həmin vaxt nə baş verdiyini soruşdum. Dedi ki, paltarını soyunub Zeynalın yanında qoyub və həyətdəki tualetə gedib. Zeynal onun paltarlarını isladıb. Zeynalın ailəsi ilə mübahisələrdən sonra, polis şöbəsinə zəng etdim və hadisə barədə məlumat verdim.”

Məhkəmənin qərarına əsasən H. Zeynal Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri- on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə təqsirili bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Günel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm