Nida Təhlil
Bakı separatçılarla necə davranacaq? - Türk general detalları açıqladı
Xəbər verdiyimiz kimi, baş separatçı Araik Arutunyan bildirib ki, Bakı ilə dialoqa hazırdırlar. Amma o, ABŞ-ın yox, Rusiyanın vasitəçiliyi ilə danışıq aparmaq istədiklərini deyib. Azərbaycan isə separatçılarla yox, erməni ictimaiyyyəti ilə danışıq aparacağını lap əvvəldən bəyan edib. Araikin "danışığa hazırıq" deməkdə məqsədi nədir?
Ehtiyatda olan türkiyəli general Yücel Karauz mövzu ilə bağlı Publika.az-a açıqlamasında bildirib ki, Qarabağ Araik Arutunyanla müzakirə ediləcək məsələ deyil:
“Rəsmi Bakı Qarabağda baş verənləri Ermənistan dövləti ilə edir, Araiklə yox. Həmçinin, əli qanlı qatillə hər hansısa dialoq müzakirə mövzusu deyil. Separatçının hərəkətləri planlaşdırılmış addımdır. Bütün bunlar da Ermənistanda bir çox maraqlı qrupun olmasından irəli gəlir. Hər bir qrupun da ümidi fərqli ölkədir”.

Türkiyəli general vurğulayıb ki, Paşinyanın Qərb yönümlü siyasəti Araiki ümüdsüzlüyə qərq edib:
“Separatçı isə məsələdən çıxış yolu kimi dialoqların ABŞ-la yox, Rusiyanın vasitəçiliyi ilə olmasını istəyir. Rəsmi Bakı, əlbəttə ki, bu quyuya düşməyəcək. Araik Azərbaycanla danışacaq səviyyədə deyil. Həm də Araiklə olan danışıqlarda sülhdən söhbət gedə bilməz. Əslində bütün bunlar Ermənistanın nə qədər çarəsiz olduğunu bəlli edir”.
Aysel Şahmar
-
Ekologiya13:40Kür geri çəkilir - Nə baş verir?(VİDEO)
-
Magazin213:09Məşhur aktrisa çarpayıda büsqalterlə poza verdi - FOTOLAR
-
ABŞ12:45Səfir Trampa sui-qəsd zamanı selfi çəkdi - FOTO
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO






































.png)