Nida Təhlil
Rusiyanın Qarabağla bağlı məkrli niyyəti var: ABŞ tövsiyə edir ki...
Hesab edirəm ki, separatçıların dialoqa hazır olduqlarını bildirməyini normal qarşılamalıyıq. Lakin bu məsələdə qəbuledilməz hal onların şərt irəli sürməyidir. Bunu unutmamalıdırlar ki, şərtləri onlar deyil, Azərbaycan diktə edir. Çünki Azərbaycanın suveren ərazilərindən söhbət gedir.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynli bildirib ki, separatçıların Bakı ilə məhz Rusiyanın vasitəçiliyilə dialoq aparmaq istəyinin arxasında iki amil dayanır:

"Araik Arutunyan Rusiyanın ətəyindən yapışmaqla onların bölgədə "sülhməramlı qüvvələr" adı altında daha uzun müddətə qalmasına, həmçinin dialoq prosesində müəyyən imtiyazlar qazanmağa nail olmaq istəyir. Lakin düşünmürəm ki, Azərbaycan buna razı olsun. Çünki ruslara bel bağlamaq olmaz. Onların (rusları nəzərdə tutur - red.) Qarabağla bağlı çirkin, məkrli niyyətləri var. Odur ki, heç bir tərəfin vasitəçiliyi, moderatorluğu olmadan danışıqlar prosesi həyata keçirilməlidir".
Politoloq onu da əlavə edib ki, ABŞ-ın əslində danışıqlar prosesində vasitəçilik niyyəti yoxdur. Amerika sadəcə Qarabağ ermənilərinə Azərbaycanın tərkibində yaşamağı, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağı tövsiyə edib.
Qeyd edək ki, Xankəndidə yerləşən separatçıların rəhbəri Araik Arutunyan Bakı ilə dialoqa hazır olduqlarını, lakin bunun yalnız Rusiyanın vasitəçiliyilə baş tuta biləcəyini bildirib.
Mehti Kamiloğlu
-
Ekologiya13:40Kür geri çəkilir - Nə baş verir?(VİDEO)
-
Magazin213:09Məşhur aktrisa çarpayıda büsqalterlə poza verdi - FOTOLAR
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş







































.png)