Nida Təhlil
İranlı politoloqun bu çıxışı şübhəlidir - Movəhhediyana TUTARLI CAVAB
Xəbər verdiyimiz kimi, iranlı politoloq Ehsan Movəhhediyan sosial media hesabında Azərbaycana qarşı növbəti təxribat xarakterli açıqlama verib.
Mövzu ilə bağlı Publika.az-a politoloq İlyas Hüseynov açıqlama verib. O, İranın Azərbaycana olan mövqeyinin yüksək səviyyədə dəyişdiyini bildirib:
“İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakıya gəlməsi və prezidentlə görüşməsi iki ölkə arasında münasibəti normallaşdırmaq üzrədir. Düşünürəm ki, yaxın zamanlarda bütün məsələlərin həlli istiqamətində də addımlar aparılacaq. Münasibətlərin korlanmasında Tehran günahkardır. Ölkəmizə qarşı müxtəlif təxribatlar, düşmənçilik siyasəti yeridilmişdi. Paralel olaraq isə Ermənistan və İran münasibətləri möhkəmlənib. İranın dini rəhbərliyi, rəsmi şəxsləri təzadlı fikirlər söyləyərək münasibətləri pisə doğru sürükləyiblər”.

Politoloq qeyd edib ki, münasibtlərin normallaşmağa doğru getdiyi dövrdə iranlı politoloq və ekspertlərin belə çıxış etmələri şübhə doğurur:
“Ermənistan öz iqtisadiyyatını zəiflədib. Əhalini məcbur edib ki, fərqli ölkələrə köç etsinlər. Rəhbərliyə kommunikasiya xətlərinin açılması maraqlı deyil. Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında hələ də əlaqələr təmin olunmayıb. Ermənistan Azərbaycan ərazilərini işğal etməsəydi neft-qaz layihələri, kommunikasiya xətləri Ermənistan üzərindən keçə bilərdi. Lakin Ermənistan təcavüzkarlığı seçdi. Eyni zamanda bölgəni təhlükəli bir əraziyə çevirdi. Bu gün çox yaxşı şans yaranıb ki, sülh sazişi bağlansın. Münasibətlər yenidən yaxşı yöndə qurulsun. Ermənistan bu şansdan da özünü məhrum edir. İranın ekspertinin bu cür yanaşması qəbul olunmazdır. Yaxşı olardı ki, azərbaycanlı və iranlı ekspertlər arasında görüşlər keçirilərək münasibətlərə aydınlıq gətirilsin. Azərbaycanın bölgədə istəyi və məqsədi bəllidir”.
Aysel Şahmar
-
Ekologiya13:40Kür geri çəkilir - Nə baş verir?(VİDEO)
-
Magazin213:09Məşhur aktrisa çarpayıda büsqalterlə poza verdi - FOTOLAR
-
ABŞ12:45Səfir Trampa sui-qəsd zamanı selfi çəkdi - FOTO
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO






































.png)