Nida Təhlil
“Cənub-Şimal” dəhlizinə və Süveyş kanalına alternativ: İraq Azərbaycana nə təklif edir?
Regionda aparıcı dəhlizlər uğrunda mübarizəyə İraq da qoşulur. İraq Xarici İşlər Nazirliyinin bazar günü yaydığı məlumatda bildirilir ki, İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn Azərbaycan rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri, İraq-Azərbaycan birgə komissiyasının həmsədri Rəşad Nəbiyevlə görüşüb (shafaq.com).
Nazir Hüseyn coğrafi, dini, mədəni yaxınlığına, uzun tarixə dayanan çoxtərəfli əlaqələrinə görə Azərbaycanın İraq üçün vacib ölkə olduğunu bildirib, müxtəlif sahələrdə çoxlu imkanlardan yararlanmağın vacibliyini vurğulayıb, azərbaycanlı iş adamlarını İraqa səfər etməyə və investisiya yatırmağa çağırıb.
O, İraqın ucqar cənubundakı Əl-Fau limanından başlayaraq Türkiyəyədək uzanan “İnkişaf yolu”nun əhəmiyyətini, bu yolun Azərbaycan üçün də bir fürsət olduğunu qeyd edib. İraq vasitəsilə Bəsrə körfəzinə çatmağın mümkünlüyü, Bəsrədən keçən dəmir yolu əlaqəsi ilə bağlı İranla anlaşma memorandumu olduğu xatırladılıb.
Tərəflər mümkün qədər tez müddətdə Bağdad və Bakı arasında birbaşa aviareyslərin və Ərbil-Bakı arasında ikinci reysin açılmasının, eləcə də Azərbaycana səfər etmək istəyən İraq vətəndaşlarına giriş vizalarının verilməsinin zəruriliyini vurğulayıblar.
Təşəbbüs reallaşarsa, Azərbaycanın yalnız körfəzdəki ərəb ölkələri ilə deyil, İranın cənub vilayətləri ilə də yükdaşımaları bu yol vasitəsilə həyata keçirə bilər. Həm də Çin və İraq arasında nəqliyyat və enerji sektorlarında sıxlaşan əlaqələri nəzərə alsaq, Çin yüklərinin Azərbaycan və digər Qafqaz ölkələrinə, həmçinin Rusiya, Türkiyə və Avropaya daşınması üçün də alternativ yol əldə edilmiş olur. Hazırda belə yükdaşımaların həyata keçirilməsi üçün nəzərdə tutulan “Cənub- Şimal” dəhlizinin istifadəyə verilməsi ləngiyir, həm də həmin dəhlizdə Çindən daha çox Hindistan maraqlıdır. Görünür, Çin nəqliyyat dəhlizlərinin şaxələndirlməsi planına İraqı da daxil edir. “Cənub-Şimal” dəhlizinin ləngiməsi fonunda yeni təklif edilən marşrut Rusiya üçün də cəlbedicidir, amma bu dəhliz vasitəsilə Rusiyayadək malların daşınması üçün Zəngəzur keçidinin açılması sürətlənməlidir.
Xatırladaq ki, Bağdadda may ayında regionun 10 ölkəsinin nəqliyyat nazirləri və nümayəndələrinin iştirakı ilə strateji “İnkişaf Yolu” layihəsini elan etmək üçün konfrans keçirilib. 17 milyard dollar dəyərində olan layihəyə Böyük Fau limanından Türkiyə ilə sərhədə və oradan Avropaya yükdaşımalırını təmin etmək üçün dəmir və avtomobil yollarının genişləndirilməsi daxildir. “İnkişaf yolu” İraqın cənubundakı neftlə zəngin Əl-Fau limanını Türkiyə ilə birləşdirəcək, Asiya və Avropa arasında səyahət vaxtlarını qısaltmaqla ölkəni tranzit mərkəzinə çevirəcək və Süveyş kanalı ilə rəqabət aparacaq. İraq hökuməti yerli sənaye və enerji mərkəzlərinə xətlərin uzadılması ilə yanaşı, saatda 300 kilometrə qədər sürətlə hərəkət edən yük və sərnişin qatarları istifadəyə verməyi nəzərdə tutur. Planlara əsasən, İraqı qonşu ölkələrlə birləşdirən 1,2 min kilometrdən çox dəmir yolu və avtomobil yolları modernləşdiriləcək.
Yada salaq ki, bu il fevralında Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü haqda təhlilimizdə qeyd etmişdik ki, əməkdaşlığın sıxlaşdırılmasını zəruri edən səbəb siyasi deyil, iqtisadidir və bu əməkdaşlıqdakı üçüncü tərəf isə Türkiyədir. Əməkdaşlığı zəruri edən iqtisadi amillər arasında ən mühümü Azərbaycanın və İraqın Avropanın enerji təchizatındakı iştiraklarını uzlaşdırmaq idi. İraqın neft-qaz ehtiyatlarının Avropaya daşınması üçün Azərbaycanın əsas iştirakçı olduğu TAP layihəsinə qoşulma mümkünlüyünü qeyd etmişdik.
Azərbaycanın “İnkişaf yolu”, İraqın isə “Cənubi qaz dəhlizi” layihələrinə qoşulmaları hər iki ölkəni nəqliyyat-dəhliz imkanlarını vahid sistemdə birləşdirməyə, yük daşımaları və enerji təchizatı ilə bağlı mübarizədə üstün mövqe qazanmağa kömək edir.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
Ekologiya13:40Kür geri çəkilir - Nə baş verir?(VİDEO)
-
Magazin213:09Məşhur aktrisa çarpayıda büsqalterlə poza verdi - FOTOLAR
-
ABŞ12:45Səfir Trampa sui-qəsd zamanı selfi çəkdi - FOTO
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO






































.png)