Qərbin yeganə yolu: Makron devrilməlidir, əks halda...
Bizi izləyin

Nida Təhlil

Qərbin yeganə yolu: Makron devrilməlidir, əks halda...

Qərbin yeganə yolu: Makron devrilməlidir, əks halda...

Əgər ölkə əhalisi arasında sorğu keçirilsə, onun reytinqinin 20%-dən də aşağı olduğunu görərik. Elə bir şəxs necə lider ola bilər? Elə birinin ölkəsini təmsil etməyə haqqı varmı? Makron siyasəti həm daxildə, həm də xaricdə iflasa uğrayıb. O, Fransa kimi bir dövlətin bütün imkanlarını, resurslarını tükəndirib.

Bunu Publika.az-a açıqlamasında politoloq Elşən Məcidov deyib. E.Məcidov bildirib ki, Fransa prezidenti Emmanuel Makronun hakimiyyətdə qalması bütün Qərb dünyasına zərbədir:

"Makron hansısa xeyirxah xidmətlər və ya investisiyalar fonunda deyil, yalançı və araqarışdırıcı fəaliyyətilə bu gün Cənubi Qafqazın 2 ölkəsində - Azərbaycanda və Ermənistanda nüfuz əldə etməyə çalışır. Bununla yanaşı, o, öz kolonialist siyasətini dünyanın digər yerlərində (Yeni Kaledoniya, Korsika və s.) davam etdirir. Ona görə də hər addımında məğlubiyyətə düçar olur. Malidə, Burkina-Fasoda, Əlcəzairdə uduzur. Bu cür siyasət Asiyada, Afrikada, Okeaniyada yalnız Fransaya deyil, onun timsalında qərb dəyərlərinə, liberalizmə, kapitalizmə, demokratiyaya, insan haqlarına olan inamı azaldır".

Politoloq yekunda vurğulayıb ki, Qərbin öz nüfuzunu qoruyub saxlaya bilməsi üçün yeganə yolu E.Makronun devrilməsinə nail olmaqdır.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm