Xeyriyyə yox, biznes təşkilatı: Britaniyalı analitik Qırmızı Xaçla bağlı şok faktlar açıqladı
Bizi izləyin

Nida Təhlil

Xeyriyyə yox, biznes təşkilatı: Britaniyalı analitik Qırmızı Xaçla bağlı şok faktlar açıqladı

Xeyriyyə yox, biznes təşkilatı: Britaniyalı analitik Qırmızı Xaçla bağlı şok faktlar açıqladı

Dövlət Sərhəd Xidməti Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətində ciddi qanun pozuntuları aşkarlayıb. Təşkilatın nümayəndələri öz səlahiyyətlərindən sui-istifadə edərək faktiki qaçaqmalçılıq fəaliyyəti göstəriblər.

Uzun müddətdir davam edən qaçaqmalçılıq fəaliyyəti zamanı bu təşkilatın vasitəsilə Azərbaycan ərazisinə Ermənistandan silah-sursatın daşınıb-daşınmadığı məsələsi də şübhə doğurur. Digər tərəfdən, bu məhsullar Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə, rəsmiləşdirilmədən, gömrük rüsumu ödənilmədən gətirilir. Müharibə dövründə də BQX Azərbaycana qarşı mənfi mövqeyi ilə də təəccübləndirmişdi.

Mövzu ilə əlaqədar Publika.az-a danışan bitaniyalı tarixçi və siyasi analitik, Britaniya, Türkiyə və Cənubi Qafqaz üzrə bir sıra kitabların müəllifi Patrik Uolş bildirib ki, Qırmızı Xaç Komitəsinin bu cür əməllər törətməsi təəccüblü deyil:

“İllər əvvəl Qırmızı Xaç beynəlxalq humanitar təşkilat kimi yaxşı reputasiyaya malik idi. Lakin o vaxtdan bəri bu, Qərbdə mübahisələrə qərq olub. Təşkilatla bağlı həm 11 sentyabr hadisəsindən sonra ABŞ-da, həm də 2019-cu il Avstraliyadakı yanğınlardan sonra korrupsiya iddiaları səsləndirilib. Toplanan ianələrin nəzərdə tutulduğu layihələri maliyyələşdirmək üçün istifadə olunmadığı deyilir.

Təşkilatın bir sıra işçiləri Haitidə 2010-cu ildə baş verən zəlzələdən sonra uşaqların və qadınların cinsi istismarında iştirak etmişdi və onlara bağışlanan 500 milyon dollar böyük ölçüdə hesaba qatılmamışdı. Güclü ittihamlar var ki, bir təşkilat olaraq Qırmızı Xaç öz vəsaitlərinin 90 faizini “təşkilati xərclər”ə xərcləyən xeyriyyə təşkilatından daha çox biznes təşkilatıdır. Kömək edilməli olanların köməksiz qaldığı bir vaxtda işçilərinin rahat həyat sürdüyünə dair bir çox məlumat var. Bütün bunlar ictimai məlumatlardır və internetdə bu cür qalmaqallar haqqında məlumat asanlıqla əlçatandır.”

Onun sözlərinə görə, təşkilat artıq xeyriyyə işlərindən çox qanunsuz əməlləri ilə tanınır: “Qırmızı Xaç, təbii ki, suveren hökumətin icazəsi olmadan Qarabağ bölgəsində fəaliyyət göstərməməlidir. Lakin o, bir çox ölkələrdə yerli qanunları pozmağa hazır olduğunu göstərdiyindən, özünü qanundan daha üstün hiss etdiyi üçün üçün bölgədə qanun pozuntusu ilə məşğul olması təəccüblü deyil. Qırmızı Xaç qərəzsiz bir təşkilat olduğunu iddia etsə də, son vaxtlar Ukrayna prezidenti Zelenski tərəfindən də dini və etnik qərəzlilikdə ittiham edilib. Məsələ burasındadır ki, Azərbaycanda bu təşkilatın fəaliyyətinə təəccüblənməməlidirlər, çünki onun Qərbdəki reputasiyası digər kontekstlərdəki ciddi qanunsuzluq nümunələri ilə pisləşib. Ona görə də təşkilatın ünvanına Azərbaycanda da səslənən ittihamların doğruluğuna şübhə yeri qalmır".

Nəzrin Cavadzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm