Nida Təhlil
Azərbaycan gözləyir: Cenevrədən cavab gələcək?
Azərbaycanın Ermənistanla sərhədyanı bölgədə Laçın sərhəd-buraxılış məntəqəsi fəaliyyət göstərir. Qarabağ iqtisadi rayonundakı ermənilər bu məntəqədən keçməklə Ermənistanla əlaqə yarada bilirlər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) bu yoldan təhlükəsiz istifadəsinə də şərait yaradılıb. Ancaq təəssüf ki, beynəlxalq humanitar hərəkat sayılan, insan həyat və sağlamlığını qorumaq, bütün insanlara hörməti təmin etmək məqsədi ilə yaradılan bu komitə Azərbaycanda mandatına uyğun fəaliyyətlə məşğul olmur. Dövlət Sərhəd Xidməti Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində Laçın sərhəd-buraxılış məntəqəsindən qaçaqmalın keçirildiyini aşkarlayıb.
Publika.az-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, beynəlxalq komitənin bu kimi hala yol verməsi çox ciddi bir məsələdir.
“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prinsipləri var. Prinsiplərin pozulmasına görə komitə və əməkdaşları çox ciddi məsuliyyət daşıyırlar. Qırmızı Xaçın simvolu altında belə bir şey etmək biabırçılıqdır. BQXK buna görə müəyyən qərarlar qəbul etməlidir. Həmçinin, Azərbaycan da bütün faktları toplayıb təqdim etməlidir. Bu təşkilat münaqişə zamanı Hərəkat tərəfindən həyata keçirilən beynəlxalq humanitar fəaliyyəti istiqamətləndirir və koordinasiya edir”.
S. Məmmədovun sözlərinə görə, dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərən təşkilatın belə etməsi təəccüb doğurur:
“Həmçinin, komitə humanitar hüququn ümumdünya humanitar prinsiplərini inkişaf etdirir və gücləndirir. Təşkilatın əməkdaşlarına verilən imkan çərçivəsində mandatdan kənara çıxmaq hüququ yoxdur. Hazırda baş verən məsələ ciddi şəkildə mandatdan çıxmaq deməkdir. Buna görə komitə özü tədqiqatlar aparmalı və işlər görməlidir. Hadisələrlə bağlı komitənin Cenevrədəki ofisinə məlumat verilməlidir. Bu müddət ərzində Azərbaycan baş ofisdən cavab gözləməlidir”.
Aysel Şahmar
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
ABŞ10:04Məşhur senator: "Trampa qarşı görünməmiş təhdidlər axını var!"
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO



















.png)


















.png)