Nida Təhlil
Rusiyanın bəzi siyasi dairələrinin yuxusuna haram qatan amil: Çalışırlar ki, Türkiyə ilə də...
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik fəaliyyəti haqqında bəyannamə mövcuddur. Bu, münasibətlərimizin strateji önəm daşıdığını təsbit edir. Ancaq təəssüf ki, bu reallığa, hüquqi baxımdan münasibətlərimizin yüksək səviyyədə olmasına baxmayaraq, Rusiyada müəyyən siyasi dairələr hər zaman anti-Azərbaycan mövqeyi sərgiləyirlər.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
Millət vəkili bildirib ki, Rusiyada rəsmi Bakı-Moskva münasibətlərinin pozulmasında maraqlı olan, bundan ötrü əlindən gələni əsirgəməyən qüvvələr var. O şəxslər hər vəchlə çalışırlar ki, çirkin niyyətlərini həyata keçirsinlər:
"İndi də biz bunu görürük. Xüsusilə, Rusiyanın bəzi KİV-lərində tez-tez Azərbaycanın əleyhinə yönəlmiş çağırışların şahidi oluruq. Təbii ki, bunun bir neçə səbəbləri var. Həmin səbəblərdən ən başlıcası isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil və milli maraqlara söykənən siyasət həyata keçirməsidir.
Cənab Prezident dəfələrlə öz çıxışlarında Qarabağda yerləşən Rusiya sülhməramlılarının bir çox hallarda öz vəzifələrini icra etmədiklərini açıq şəkildə dilə gətirib. Yəni biz hər hansı bir böyük dövlətin, beynəlxalq təşkilatın, daha konkret desək, Rusiyanın diqtəsilə fəaliyyət göstərən dövlət deyilik. Bu da o qüvvələri narahat edir, onların yuxusuna haram qatır".
E.Nəsirov vurğulayıb ki, qaragüruh qüvvələr Rusiyanın yalnız Azərbaycanla deyil, Türkiyə ilə də münasibətlərinə mane olmağa çalışır, Türkiyəyə qarşı müxtəlif əsassız bəyanatlar səsləndirirlər. "Lakin onların bütün pozucu cəhdləri uğursuzluğa düçar olacaq", - millət vəkili fikirlərini yekunlaşdırıb.
Mehti Kamiloğlu
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu







































.png)