Nida Təhlil
Qalib ölkənin jurnalisti də qalib kimi davranmalıdır
Müasir dövrdə mətbuatdan gözləntilər klassik mənada baxışlardan xeyli fərqlənir. Artıq informasiya anlayışı mətbuatın digər hədəflərini kölgədə qoyub. Xüsusən sürətli informasiya və çevik reaksiyalar, üstəlik ən müasir texnoloji vasitələrin imkanlarının tətbiqi şəraitində, güclü rəqabət mühitində peşəkar jurnalistlər və rəqabət qabiliyyətli media yetişməkdədir. Sevindirici haldır ki, bu gün həm ənənələri yaşatmaqla, həm də dövrün tələblərinə riayət etməklə məhz müasir dövrün media modelini qura bilmiş xeyli sayda media orqanlarımız var.
Bu sözləri ölkəmizdə milli mətbuatın inkişafı ilə bağlı Publika.az-a fikirlərini bölüşən, əmək fəaliyyətinin ilk illərində jurnalist fəaliyyətilə məşğul olmuş millət vəkili Bəhruz Məhərrəmov deyib.
B.Məhərrəmov bildirib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsini qələbə ilə başa vurmasının əsas səbəblərindən biri məhz əzmkar informasiya savaşı nümayiş etdirməsi olub: "Güclü jurnalistika güclü dövlətçilik deməkdir. Müharibədə qalib gəldiyimiz kimi, informasiya savaşında da qalibiyyətimizin davamlılığını təmin etmək üçün bizim əqidəli, qərəzsiz milli jurnalistikaya ciddi ehtiyacımız var. Qalib ölkənin mediası da, jurnalisti də qalib kimi davranmalıdır".
"Təəssüf ki, eyni zamanda, "bəşəri ideallar", "azad söz" və "yaradıcılıq azadlığı" pərdəsi altında pozucu meyillər də müasir mediada ciddi vüsət alıb. Xüsusən, xaricdən maliyyələşən və antimilli mövqeli muzdlu media formalaşıb. Əlbəttə, ilk növbədə bu tendensiyalara son qoyulması, peşəkarlığın və peşə etikasına sədaqətin ön plana keçdiyi, dövlətçiliyə ali dəyər kimi yanaşan media strukturlarının sayının artmasına ciddi ehtiyac var", - millət vəkili əlavə edib.
Deputat sonda Milli mətbuatın yaranmasının 148-ci ildönümü münasibətilə Azərbaycanın media işçilərini təbrik edib:
"Milli mətbuatın yaranma günündə mən müzəffər ölkənin hər bir jurnalistinə cansağlığı, yaradıcılıq uğurları, xoş, firavan həyat, o cümlədən daim qalib olmağı, bütün media orqanlarına isə uğurlu fəaliyyət arzu edirəm".
Mehti Kamiloğlu
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu







































.png)