Nida Təhlil
Bakı İrəvana gözlənilməz sürpriz hazırlayır - BMT TŞ-də nələr olacaq?
Ermənistan BMT Təhlükəsizlik Şurasının “Qarabağdakı vəziyyətlə bağlı” təcili iclasını çağırmaqla üç mərhələdə nəticə əldə etməyə ümid edir:
- Belə bir iclasla beynəlxalq diqqəti Qarabağda iddia etdikləri “humanitar fəlakətə” çəkmək;
- Azərbaycana qarşı bəyanatın qəbul edilməsinə nail olmaq;
- Mümkün olarsa, bu bəyanatı qətnaməyə çevirmək və Laçın yolunun açılmasına nail olmaq;
İclasın keçirilməsi mümkün görünür, lakin digər iki mərhələdə nəticə İrəvan və bu prosesdə onu dəstəkləyən Fransa üçün ürəkaçan olmayacaq.
Birincisi, rəsmi Bakı korrekt gedişini təkrarlayacaq: ötən ilin dekabrında Ermənistan Fransanın dəstəyi ilə BMT TŞ-də Azərbaycana qarşı bəyanatın qəbul edilməsini gündəmə gətirdi; Bakının manevrləri nəticəsində bəyanatdan “Dağlıq Qarabağ”ifadəsi çıxarıldı, “humanitar yardım olarsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi, nəticədə Azərbaycanın əleyhinə olan bəyanat xeyrinə olan formaya salındı; Fransa və Ermənistan məcbur qalaraq, bundan imtina etdilər; bu prosesdə daimi üzvlərdən Böyük Britaniya və Rusiya, qeyri-daimi üzvlərdən BƏƏ və Albaniyanın dəstəyi də həlledici amillərdən oldu; analoji vəziyyət yaranacağı təqdirdə, Azərbaycan əleyhinə olacaq bəyanatın korrekt edilməsi – BMT-nin də qəbul etdiyi “ərazi bütövlüyü”, “Dağlıq Qarabağ ifadəsinin çıxarılması” və s. – mümkündür;
İkincisi, əgər bəyanatın qəbul edilməsinə nail olarlarsa, bunun qətnaməyə çevrilməsinə ilk veto qoyacaq ölkə Rusiya olacaq, çünki bu, Moskvanın “öz təsir dairəsi” olaraq görüdüyü bölgəyə kənar müdaxilə deməkdir;
Sonda Bakının təklifini - Ağdam-Xankəndi marşrutunu qəbul etməkdən başqa yolları qalmayacaq.
Asif Nərimanlı
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir
-
Sosial25 Aprel 20:48Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Sosial25 Aprel 19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı
-
Elm və təhsil25 Aprel 19:24İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi






































.png)