Nida Təhlil
Sabah Azərbaycanı sevməyən qüvvələrin şousu olacaq: Bakının verəcəyi suallar var
Bu, tək Ermənistanın deyil, eyni zamanda, Azərbaycanın müstəqil daxili siyasətini həzm edə bilməyən bəzi ölkələrin şousudur. Həmin ölkələrin önündə isə təbii ki, Fransa gedir. Onlar Azərbaycanı susmağa, müstəqil siyasət yeritmək cəhdindən çəkindirməyə çalışırlar.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin üzvü, politoloq Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə vurğulayıb ki, Azərbaycan bu gün tək regionun deyil, dünyanın aparıcı siyasi aktorlarından birinə çevrilib:
"Azərbaycan artıq 5-ci ildir ki, 120 ölkənin daxil olduğu Qoşulmama Hərəkatına sədrlik edir. Bu isə müəyyən dairələri qıcıqlandırır. Bəhanə kimi də "Laçın dəhlizi" məsələsini ortaya atırlar. Halbuki sözügedən məsələ Azərbaycanın sırf daxili işidir. Eyni zamanda, burada hər hansı bir narahatlıq doğuracaq məsələ yoxdur. Kiminsə Azərbaycanın sərhəd bütövlüyünü pozmasına cəhd etməsi yolverilməzdir. Azərbaycan Laçında sərhəd-buraxılış məntəqəsi qurub və ölkəmizə daxil olmaq, çıxmaq tamamilə qanuni şəkildə həyata keçirilir".
Millət vəkili əlavə edib ki, Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə yaşayan insanlar Azərbaycan qanunlarına hörmət etməyə borcludurlar. "Sərhəddən keçiddə hər hansısa bir problem yoxdur. Gündəlik videoxülasələrdə biz həmin ərazilərdə yaşayan ermənilərin sakit şəkildə keçib-gəldiklərini görürük. Həmçinin, həmin adamların aclıq çəkdiyini, səfalət içində yaşadığını müşahidə etmirik. Demək, Ermənistanın və ermənipərəst dairələrin istədiyi odur ki, Azərbaycan öz ərazisində separatçılara göz yumsun", - politoloq bildirib.
Deputat hesab edir ki, BMT Təhlükəsizlik Şurasının sabah keçiriləcək açıq iclasında əslində Azərbaycanın da verəcəyi suallar var:
1) Hansı səbəbdən Ermənistan Azərbaycanın razılığı olmadan ərazimizdə 20 minlik hərbi kontingent saxlayır?
2) Nəyə görə Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqdan imtina edir?
3) Niyə Ermənistan vaxtaşırı Azərbaycanın daxili işlərinə qarışacaq bəyanatlar verir?
4) Ermənistan Azərbaycana 30 il ərzində vurduğu zərəri nə vaxt ödəyəcək?
Mehti Kamiloğlu
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı


































