Ermənistanla Fransanın xülyası: BMT-də nəyə nail ola bilərlər?
Bizi izləyin

Nida Təhlil

Ermənistanla Fransanın xülyası: BMT-də nəyə nail ola bilərlər?

Ermənistanla Fransanın xülyası: BMT-də nəyə nail ola bilərlər?

İndiyə qədər beynəlxalq sülh və təhlükəsizlik məsələsində həssas olmayan BMT-nin birdən-birə Fransanın təzyiqləri ilə Laçın yolunda yaranmış vəziyyəti və eləcə də guya Xankəndi və digər bölgələrdə yaranmış humanitar fəlakəti müzakirə etmək qərarına gəlməsi, sözün əsl mənasında dissonans kimi səslənir:

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını şərh edərkən deyib.

Politoloq bildirib ki, Azərbaycanla bağlı qəbul edilmiş dörd qətnamənin yerinə yetirilməsinə əhəmiyyət verməyən, bununla bağlı hər hansı bir təsirli mexanizm yaratmayan və 30 ildən artıq ermənilərin Azərbaycan torpaqlarında at oynatmasına imkan yaradan BMT indi yenə də əl-qolunu çırmayıb:

"Fransanın təhriki, Rusiyanın da müəyyən işarələri ilə bölgədə yalandan qurulmuş, saxta ibarələrlə bəzənmiş vəziyyəti müzakirə etmək istəyirlər. Əvvəla onu deyim ki, BMT-nin qətnamələri havadan asılı bir şeydi. Onun icrası bir qayda olaraq tövsiyə xarakteri daşıyır. Amma indi adi bir vəziyyəti şişirdib qarışqanı filə çevirənlər, bölgədə "humanitar böhran"la yanaşı, "humanitar genosid" deyilən və sözün həqiqi mənasında başdan ayağa sərsəmlik olan bir vəziyyəti də uydurub tapıblar”.

Politoloqun sözlərinə görə, o, BMT-nin iclasında hər hansı bir təsirli qərarın qəbul ediləcəyini zənn etmir:

“Ermənilər sanki kapitulyasiyaya razı olmuş və Azərbaycanın şərtlərini yerinə yetirməyə hazır olduqlarını dəfələrlə büruzə vermiş bir xalq və toplum deyillər. Yaxud da ki, onların siyasətçiləri sanki kimlərinsə ötürmələri ilə yenidən rənglənib, ritorikanı dəyişiblər və bizə qarşı dünya miqyasında müxtəlif təbliğat və gözdənsalma kampaniyasını həyata keçirməyə çalışırlar.

BMT-dəki müzakirələrdə Azərbaycanı müdafiə edən qüvvələr də az deyil. Məsələn, daimi üzvlərdən Böyük Britaniyanın adını çəkmək olar. Hələ Rusiya da, ola bilsin ki, bu məsələdə Azərbaycanın xeyrinə səs versin. Keçici üzvlərdən beş daimi üzv, Albaniya, Birləşmiş Ərəb Əmirlikləri, Mali, bütün bunlar Azərbaycanın mövqeyinə yaxın mövqe nümayiş etdirən ölkələrdir.

Bu səbəbdən mən orada hər hansı bir təsirli qərarın qəbul ediləcəyini zənn etmirəm. Edilsə də, Azərbaycan onlara əhəmiyyət vermədən yoluna davam edə bilər. Çünki təkcə İsraillə Fələstin arasında BMT nin üç yüzdən artıq qətnaməsi var və bu günə qədər o qətnamələrin heç biri həyata keçirilməyib. Bununla bağlı BMT hər hansı bir təsirli tədbir də görməyib”.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm