Nida Təhlil
Ermənistan son ümidini də itirdi: Hansı təxribatlara əl ata bilər?
Bu cür uydurma iddianın BMT Təhlükəsizlik Şurasının gündəminə çıxarılmasının özündə bir ziddiyət var idi. Çünki sözügedən strukturun nizamnaməsində açıq-aydın göstərilir ki, TŞ dünyada sülh və təhlükəsizliyə görə məsuliyyət daşıyır. Yaxşı, Azərbaycan regionda sülhü pozurmu? Ermənistanın təhlükəsizliyinə təhdid yaradırmı? Əlbəttə ki, xeyr.
Bu fikirləri Publika.az-a açıqlamasında millət vəkili, politoloq Hikmət Babaoğlu bildirib.

Millət vəkili vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının dünən keçirilmiş iclasında Ermənistanın yalanlarının öz təsdiqini tapmaması ilk növbədə erməniləri himayə edən bəzi Qərb dövlətlərinin diplomatik məğlubiyyəti kimi qiymətləndirilməlidir:
"İclasdan öncə Fransa xarici işlər nazirliyinin aktivliyi, bəzi ölkələrin ciddi şəkildə bu prosesə dəstək verməsi diqqətimizdən yayınmayıb. Bu məsələnin gündəmə salınmasında Fransanın fəallığı xüsusən vurğulanmalıdır. Demək, onun əsas məqsədlərindən biri həm də BMT kimi siyasi qurumu nüfuzdan salmaqdır. Lakin Azərbaycan diplomatiyasının strateji baxımdan güclü olması bu dəfə də özünü büruzə verdi. Tərəfdaşlarımız ilə yaxşı işləməyi, beynəlxalq hüququ və öz hüquqlarımızı təqdim etməyi, qorumağı bacardığımızı yenidən sübuta yetirdik".
Politoloq qeyd edib ki, ermənilərin dünənki iclasdan gözləntiləri çox olub. Əgər hər hansı bir sənəd qəbul edilsə idi, Ermənistan Azərbaycana qarşı təxribatlarının sayını daha da artıracaqdı. Düşünəcəkdilər ki, siyasi-psixoloji üstünlük artıq onlara keçib. Amma bunların heç biri olmadı. Onlar son ümidlərini də itirmiş oldu.
"Hesab edirəm ki, indiki vəziyyətdə ermənilər yalnız real sülh haqqında düşünməli, Azərbaycanın qanunlarına tabe olmalıdırlar. Çünki artıq düşündükləri bütün diplomatik, hərbi-siyasi və psixoloji təxribatların hamısını həyata keçiriblər. Vaxt daralır, bu isə onların xeyrinə olmayacaq", - deputat əlavə edib.
Mehti Kamiloğlu
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir
-
Sosial25 Aprel 20:48Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Sosial25 Aprel 19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı
-
Elm və təhsil25 Aprel 19:24İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi
-
Magazin225 Aprel 18:48"Mələk"dən cəsarətli poza - Zərifliyi ilə heyran etdi / FOTO






































.png)