Nida Təhlil
Hərbi eskalasiya ehtimalı güclənir: Azərbaycan Ordusu hazır olmalıdır
“Ermənistanın Azərbaycanla razılaşdırılmadan bizim sərhədlərimizə gətirdiyi tırların ölkəmizə keçə bilməməsinin ardından saxta blokada şousu davam etdi və nəticədə BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarıldı. Müzakirələr bir nəticə vermədi. Hər hansı qətnamə qəbul olunmadı”.
Publika.az-a danışan politoloq İlyas Hüseynovun sözlərinə görə, Ermənistan qətnamə qəbul olunması üçün çox çalışıb:
“İndi isə Nikol Paşinyan blokada ilə bağlı müzakirələrin keçirilməsini uğurlu adlandırıb. Lakin burada heç bir uğurdan söhbət gedə bilməz. Azərbaycan reallıqları beynəlxalq auditoriyanın diqqətinə çatdırdı. Azərbaycanın BMT dəki nümayəndəsi Yaşar Əliyev çox ətraflı şəkildə regiondakı proseslər haqqında məlumat verdi və foto faktlarla sübut elədi ki, əslində Xankəndi və ətraf bölgələrdə heç də blokada yoxdur. Əksinə, müxtəlif tədbirlər, ad günləri, böyük dəbdəbə ilə keçirilir”.

Politoloq bildirib ki, diplomatik və hüquqi sahədə Ermənistanın fəaliyyəti fiaskoya uğradıqdan sonra hərbi təxribatlar baş verə bilər:
“Çünki son dövrlər Naxçıvan Muxtar Respublikası, Ermənistan və Azərbaycanın şərti sərhədi və müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşmiş Rusiya sülhməramlıları olan bölgədə aktivlik müşahidə olunur, fortifikasiya qurğularını təsis etməyə cəhd göstərirlər.
Bununla yanaşı olaraq səngərlər qazırlar və bunların da qarşısı uğurla alınır. Ona görə də növbəti mərhələdə hərbi eskalasiya ehtimalı güclənir. Ermənilər çox çalışırdı ki, hansısa qətnamə qəbul olunması ilə Azərbaycana təzyiqlərini artırsınlar. Bunu əldə etmədikdə, əlbəttə ki, ənənələrinə sadiq qalaraq vəziyyəti gərginləşdirməyə çalışırlar. Ümid edirəm ki, bunun da qarşısı alınacaq. Hər üç istiqamətdə Azərbaycan öz fəaliyyətini gücləndirməli və ordumuzun birləşmələri ayıq-sayıq olmalıdır”.
Nəzrin
-
Region10 İyul 22:32ABŞ razılaşmanı pozarsa... - Qalibafdan açıqlama
-
Hadisə10 İyul 21:39Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
-
ABŞ10 İyul 19:50Mənə sui-qəsd ediləcəyi təqdirdə... - Tramp İranla bağlı hansı əmri verib?
-
Hadisə10 İyul 18:50Bakıda motosiklet qəzaya uğradı - Ölən və yaralanan var
-
Region10 İyul 13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya10 İyul 12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial10 İyul 11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq10 İyul 11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq

















.jpg)




















