Nida Təhlil
44+1 formulu: bütün Azərbaycan onunla fəxr edir
Azərbaycan son 200 ildə ancaq parçalanmalar, işğallar, soyqırımılar yaşadı və artıq iki əsrlik məğlubiyyət tarixinin dəyişəcəyi ümidləri də qırılmış, hətta beynəlxalq müstəvidə bu streotipin qırılmayacağına əminlik də yaranmışdı. Bir xalqın 200 il ərzində bu qədər məğlubiyyət yaşaması ağır taledir.
- XIX əsrin əvvəlində Azərbaycanı iki hissəyə parçaladılar;
- XX əsrin əvvəlində - 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi;
- Əsrin sonuna qədər SSRİ-nin tərkibində subyekt kimi yaşadıq;
- SSRİ-nin dağılmasından sonra Azərbaycan torpaqlarının 20 faizi işğal altında düşdü: əsrin əvvəlində azərbaycanlılara qarşı soyqırımı aktları törədən ermənilər Qarabağı və ətraf rayonları işğal etdi;
Cümhuriyyətin qurulması və müstəqilliyin bərpa edilməsindən savayı iki əsrlik tarixdə qazandığımız səhifə nəzərə çarpmır, hərçənd, Cümhuriyyət qurulanda İrəvan şəhəri ermənilərin nəzarətinə keçdi, müstəqilliyimizi bərpa edəndə Qarabağ işğal olundu. Sanki tarixin bizə qəsdi var idi və zaman irəlilədikcə itkilərimiz də artırdı. Bunun üzərinə xalqın üzləşdiyi soyqırımılar, deportasiyalar, qaçqınlıq həyatını da gəldikdə faciənin obrazını aydın görmək olur.
Və bütün bunlar azmış kimi Azərbaycan sərhədləri daxilində erməni separatizminin toxumları səpilmiş, cücərmiş və böyük təhdidə çevrilmişdi.
Bu məğlubiyyət tarixi dəyişəcəkdimi?
2020-ci ilin 27 sentyabrına qədər bu sualı hər kəs verir və əksəriyyətin cavabı inamsızlıqdan ibarət idi. Və bəlkə də məğlubiyyət tarixinin dəyişəcəyinə inanan, bunun dəyişməsi üçün bütün cəbhələrdə mübarizə aparan və dünyanın belə heyran qaldığı strategiya quran bir azərbaycanlı vardı: Prezident İlham Əliyev.
Məhz O, bu tarixi dəyişdi, yenidən yazdı və XXI əsrin cəbhə və masada aparılan döyüşündə Azərbaycanı qalib etdi.
Vətən müharibəsinə gedən yol və 44 gün davam edən döyüşlər, ardınca 24 saatlıq tarixi gedişi təhlil etdikdə, Prezident İlham Əliyevin iki əsrlik tarixi necə dəyişdiyi, 200 il davam edən ədalətsizliyi aradan qaldırdığı və ədaləti bərpa etdiyi, yeni tarix yazdığı təkcə Azərbaycanın yox, həm də XXI əsr dünya siyasətində strateji dərslik olaraq qəbul etmək olar.
İlham Əliyev hələ ilk dəfə Prezident seçiləndə işğal altındakı torpaqlarımızın azad ediləcəyinin müjdəsini vermişdi. O zaman çoxları bunu “vəd” olaraq dəyərləndirirdi, lakin zaman və nəticə təsdiq etdi ki, Əliyev vəd vermir, qələbəyə aparan “yol xəritəsi”ni elan edirdi.
2020-ci ilə qədər davam edən uzun danışıqlar prosesində Prezident İlham Əliyev bir prinsipdən çıxış edirdi: Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, suverenliyinin toxunulmazlığı;
Bu, münaqişənin həlli ilə bağlı danışıqların keçirildiyi Qərb masasında da, Rusiya masasında da dəyişməz mövqe olaraq qaldı. Hərçənd, bu mövqeyin arxasındakı gücü formalaşdırmaq lazım olduğu həqiqəti də var idi və bunu, Prezident çox yaxşı bilirdi. Yalnız süclü Azərbaycanın qurulması təqdirdə masadakı mövqeyimizi qoruya, mübarizəni sona qədər apara bilərdik.
İlham Əliyev bu strategiyanı izləyərək:
- İqtisadi inkişafda inqilabi nəticələr əldə etdi, xüsusilə müstəqil siyasət yürüdə bilməyin əsasını təşkil edən iqtisadi müstəqillik yaratdı;
- Sosial rifahın təmin edilməsi istiqamətində mühüm addımlar atdı, bu həm də Azərbaycanın daxili dayaqlarının güclənməsi baxımından vacib idi;
- Azərbaycanı beynəlxalq siyasətin həlledici oyuçusuna çevirdi;
- Enerji və nəqliyyat layihələrində Azərbaycanı mərkəz rolunu oynayan ölkə etdi;
- Region və dünya ölkələri ilə bərabərhüquqlu münasibətlər sistemi formalaşdırdı;
- İşğalçı Ermənistanın siyasi və iqtisadi istiqamətlərdə mühasirəsini yaratdı;
- Və bütün bunlara paralel olaraq qüdrətli ordu yaratdı: Silahlı Qüvvələrimiz həm döyüş qabiliyyəti, həm hərbi arsenalının müasirliyi və zənginliyi ilə regionun lider, dünyanın ön sıralarına yüksəldi;
Prezident İlham Əliyev Zəfər gününü addım-addım yaxınlaşdırırdı. Və elə bir vəziyyət yaratdı ki, işğalçı ölkə bütün havadarlarına rəğmən işğalı davam etdirə bilmədi.
2018-ci il regionda yeni situasiyanın yarandığı təqvim hesab edilə bilər, xüsusilə Ermənistanda hakimiyyət dəyişikliyi danışıqlar masasında da vəziyyətin dəyişməsi, irəliyə doğru addımın atılması ümidlərini yaratmışdı. Beynəlxalq oyunçular da Qarabağ münaqişəsinin həll edilməsi imkanlarından bəhs edirdilər. Hərçənd, Ermənistanın bu prosesdə öz oyununun olduğu həqiqəti də var idi, bu oyun masada istəyinə nail olmayanda, çılpaqlığı ilə ortaya çıxdı. Ermənistan elə görüntü yaradırdı ki, münaqişənin həllində maraqlıdır, amma danışıqlarda yeni şərtlər də irəli sürür, bununla qazanclı çıxmaq istəyirdi. Xüsusilə işğal altındakı ərazilərdəki separatçıları “tərəfə” çevirmək cəhdləri edirdi.
Azərbaycan lideri bu oyunu pozdu: Ermənistanın bütün cəhdlərini alt-üst etdi və öz gündəliyini diktə etdi və göstərdi ki, regionun gələcəyi işğala son qoymaqdan keçir.
Ermənistanın “demokrat” kimi sırınan hakimiyyəti masada məğlub olduğunu anlayanda sələflərinin yoluna qayıtdı və təxribat hücumlarına başladı. Əsas hədəf də məzh Azərbaycanın mülki vətəndaşları idi. İşğalçı ölkənin “yeni müharibə - yeni ərazilər” tezisi isə açıq şəkildə meydan oxumaq və yeni işğal planları qurmaq demək idi. Tovuz döyüşlərində buna cəhd etdilər də, lakin təxribat baş tutmadı.
İlham Əliyev düşmənin bütün oyununu – sülh tərəfdarı kimi görünmək gedişlərini də, hərbi təxribatlarını da – diplomatik məharətlə alt-üst etdi. Artıq işğalçının yolu qalmamışdı, ya torpaqları boşaltmalı, ya da yeni işğal hücumu ilə vəziyyəti dəyişdirməli idi. Ermənistan ikincini – təxribat hücumunu seçdi.
27 sentyabr 2020-ci il: tarixin axarının dəyişdiyi, məğlubiyyət streotipinin qırıldığı gün;
İşğalçı Ermənistan danışıqlar masasında vəziyyəti xeyrinə dəyişmək məqsədilə genişmiqyaslı təxribat hücuma başladı. Hesab edirdilər ki, bununla Azərbaycanı geri çəkilməyə məcbur edəcək, İlham Əliyevin illərdir həyata keçirdiyi Zəfər strategiyasını pozacaqlar. Amma qarşılarında dayananın strategiya ustası olduğunu hesablaya bilməmişdilər.
27 sentyabrda Azərbaycan Ordusu tam şəkildə döyüşə hazır idi. İlham Əliyev bu günün bir gün gələcəyini bildiyi üçün Silahlı Qüvvələri Vətən müharibəsinə tam hazırlamışdı.
Azərbaycan Ordusunun cəmi 44 gün ərzində həyata keçirdiyi əməliyyatlar da diplomatik masada işğalçı ölkənin oyunlarını pozan və qələbə əldə edən Prezident İlham Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi qüdrətli sərkərdə olduğunu isbatladı.
Müharibənin ilk günündən Ermənistanı kapitulyasiyaya məcbur edən tarixi Şuşa əməliyyatına qədər İlham Əliyev Ali Baş Komandan olaraq döyüşlərə rəhbərlik etdi. Cəmi 44 günə düşmən diz çökdürüldü və ərazi bütövlüyümüz bərpa olundu. Bu, 200 illik tarixində məğlubiyyət seriyasının dəyişməsi, qələbə dövrünün başlanması idi.
44 günlük Vətən müharibəsində tarixi Zəfər qazansaq da, torpaqlarımızda erməni separatizmi tam ləğv olunmadı. Bu isə o demək idi ki, ərazi bütövlüyümüz tam bərpa olunub, suverenliyimiz isə yox.
Ermənistan və havadarları, eləcə də Qarabağda qalan separatçılar hesab edirdilər ki, Azərbaycan azad etdiyi torpaqlarda dayanacaq, irəliləməyəcək və onlar erməni separatizminə hansısa formada “hüquq” verilməsinə nail olacaqlar da. Bu istiqamətdə bütün cəhdləri – beynəlxalq səviyyədə kampaniyanın aparılmasından tutmuş, təxribatlara qədər hər şeyi etdilər. Lakin milli maraqları hər şeydən üstün tutan Prezident İlham Əliyevin prinsipial mövqeyi dəyişmədi. Və Azərbaycan nəinki Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, eyni zamanda, Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə də suverenliyini bərpa etdi.
Prezident İlham Əliyev Vətən müharibəsindən sonra ötən üç il ərzində bu qələbəyə doğru addım-addım irəliləyirdi:
- Laçın yoluna sərhəd-keçid məntəqəsi qoyuldu və bununla erməni separatizminin nəfəsliyi olan “Laçın dəhlizi” ləğv edildi, həmçinin, sərhədlərimiz tam bərpa olundu;
- Qarabağ artıq təkcə hüquqi yox, praktiki olaraq da Azərbaycanın daxili işinə çevrildi;
- Separatizmin ləğv edilməsi və ərazimizdə qalan erməni silahlı dəstələrinin neytrallaşdırılması istiqamətində rıçaqlar işə salındı: silah-sursat daşınmasının qarşısı alındı, təminatları kəsildi;
- Reinteqrasiya prosesi ön plana çıxarıldı, eməni əhalisinin separatçların girovluğundan xilas edilməsi istiqamətində addımlar atıldı;
- Və nəhayət, antiterror tədbirləri ilə cəmi 24 saata separatçılar təslim edildi, silahlı dəstələrin tərki-silah edilməsi həyata keçirildi;
İlham Əliyev bununla “nəyi nə vaxt etmək lazım olduğunu” hər kəsdən yaxşı bildiyini bir daha nümayiş etdirdi və 44 gün+24 saat müddətdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdi, 200 illik tarixin gedişini qələbəyə doğru çevirdi. Və azərbaycanlılara qarşı soyqırımılar, qətliamlar törətmiş cinayətkarların qandallanaraq, Bakıya gətirilməsi ilə tarixi ədaləti bərpa etdi.
Asif Nərimanlı
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO