Nida Təhlil
Ermənilərin Qarabağa “qayıdışı”: İrəvan və Avropa hansı oyunu oynayır?
Avropa Şurası Nazirlər Kabineti Azərbaycana ermənilərin Qarabağa “təhlükəsiz, könüllü, ləyaqətli və davamlı qayıdışına şəraitin yaradılması” çağırışını edib. Və bu, Avropa strukturları tərəfindən edilən neçənci çağırışdır. Lakin burada bir neçə ziddiyyətli məqam xüsusilə diqqət çəkir.
Birincisi, Azərbaycan ermənilərin Qarabağı tərk etməsini istəmədiyi halda “deportasiya” ittihamı ilə üzləşir;
İkincisi, Azərbaycan ermənilərin Qarabağa təhlükəsiz şəraitdə qayıdışına şəraitin yaradıldığını dilə gətirsə də, Qərb ölkələri - Avropa strukturları sanki bunu eşitmir və “qayıdışın təmin edilməsi” haqda eyni sözləri mütəmadi olaraq təkrarlayır;
Üçüncüsü, ermənilərin Qatrabağa qayıdışı çağırışı edən Avropa İttifaqı bu “qaçqınların” təminatı üçün Ermənistana milyonlarla avro pul ayırır;
Dördüncüsü, Ermənistan hakimiyyəti ermənilərin ölkəni tərk etməsini istəmir: Paşinyan bu gün verdiyi açıqlamada bildirib ki, artıq 3000 erməni başqa ölkəyə gedib, hərçənd, onların heç bir ölkəyə getməsini istəmir və Ermənistanda qalması üçün hər şeyi edirlər;
Bu mənzərə sual yaradır: Ermənistan ümumiyyətlə ermənilərin Qarabağa qayıdışını istəyirmi?
Paşinyanın son açıqlaması, eləcə də Bakının açıq mövqeyinə baxmayaraq, Aİ-nin İrəvana “qaçqınlara yardım” adı altında maliyyə ayırması ermənilərin qayıdışında çox da maraqlı olmadıqlarını deməyə əsas verir. “Ermənilərin qayıdışı” məsələsinin Ermənistan və Avropa strukturları tərəfindən Azərbaycana qarşı davamlı ittiham motivi olaraq istifadə edildiyi ortadadır və bunun davamlı olacağı gözlənilir. Ermənistan hakimiyyəti isə bundan həm də maliyyə yardımı almaq üçün istifadə edir.
Asif Nərimanlı
-
Cənubi Qafqaz15:55İrəvanda bu ermənilərin posportuna “Azərbaycan” yazıldı: Artıq dəyişməyəcək
-
Region14:22Müstəqilliyimizdən bəri ən böyük layihədir - Paşinyan Zəngəzur dəhlizi haqda
-
Hadisə14:06Azərbaycanda tiktoker qadın saxlanıldı
-
Nida Xəbər 12:30Zəngəzur dəhlizində tikinti başladı, ABŞ-dan reaksiya gəldi: Geniş türk dünyası ilə...
-
İdman12:24Dünyanın ən seksual futbolçusunun xəz paltoda cazibədar - FOTOLARI
-
İdman12:00"Sabah" - "Barselona" oyununda evlilik təklifi - VİDEO
-
Dünya11:18Siyasi strateq qiymətləndirdi: Ukraynadan nə qalacaq? – 2029-cu ilə qədər...
-
İdman10:30Dambrauskasla Pokatilov arasında mübahisə: Məşqçi qapıçını nədə ittiham edir? - VİDEO














_(1).jpg)







.jpg)




.jpg)











