Qəzza Stalinqrad olacaq? - İsraili gözləyən yeraltı hörümçək toru
Bizi izləyin

Nida Təhlil

Qəzza Stalinqrad olacaq? - İsraili gözləyən yeraltı hörümçək toru

İsrail ordusunun Qəzzada quru əməliyyatına hazır olduğu rəsmi şəkildə açıqlanıb. Əməliyyatın gecikməsi müxtəlif səbəblərlə əlaqələndrilsə də, bu, daha çox ABŞ və Britaniyanın dəstəyinin alınmasından qaynaqlanırdı. Bayden və Sunakın səfərindən sonra müttəfiqlərinin İsrailə “yaşıl işıq” yandırdığı görünür.

Quru əməliyyatı İsrail üçün asan olmayacaq, bunu özləri də etiraf edir. HƏMAS-ın 30-40 minlik silahlı dəstəsi var. Ərəb mediası Qəzzanın İsrail üçün bataqlıq ola biləcəyini yazır.

Publika.az xəbər verir ki, “Əl-Cəzirə” İsrailin Qəzzada Stalinqrad ssenarisi ilə üzləşə biləcəyini proqnozlaşdırır.

II Dünya müharibəsində daha güclü olan alman ordusu xarabalığa çevrilmiş Stalinqradı ələ keçirmək üçün 8 ay döyüşdü, amma uğur qazana bilmədi. İndi Qəzzanın ikinci Stalinqrad ola biləcəyi gözləntisi var.

“Əl-Cəzirə” yazır ki, İsrailin hərbi strategiyası baxımından iki mümkün ehtimal var.

Birincisi, İsrail Qəzza zolağının yollarında xaos vəziyyəti yarada bilər.

Bu halda HƏMAS-ın döyüşçülərinin hərəkəti çətinləşəcək, yaxud qeyri-mümkün olacaq. Bu məntiq müxtəlif müharibələrdə dəfələrlə sübut edilmiş təcrübəyə əsaslanır, lakin bu, iki bərabər tərəfin döyüşü zamanı sınaqdan çıxıb. Qəzza döyüşü iki bərabər tərəfin klassik müharibəsi deyil, HƏMAS döyüşçüləri də klassik hərbi birləşmə deyil. İsrail bunu nəzərə almasa, hətta kiçikmiqyaslı uğur qazanması da çətin görünür.

İsrail ərazini blokadada saxladığı illər ərzində HƏMAS döyüşçüləri Qəzza zolağının altında hörümçək toruna bənzər tunellər qazıb. Bu, həmişə Fələstinin hərbi sirri idi və hələ də sirr olaraq qalır. Tunellərin qazılması 2005-ci ilə qədər həyata keçirilib. Əvvəllər bu tunellərin çox ibtidai olduğu güman edilirdi: hər iki tərəfi evlərlə gizlədilmiş, Misirlə sərhəd hasarlarının altından keçməyə imkan verən kifayət qədər uzun yeraltı yol kimi. Hətta o qədər kiçik idilər ki, insanlar onlardan istifadə etmək üçün əyilmək məcburiyyətində qalırdılar.

Zaman keçdikcə sərhədyanı tunellər genişləndirildi və Qəzzaya qaçaqmalçılıq yolu ilə ləvazimatlar gətirmək üçün əsas marşruta çevrildi. Hətta İsrailin peyklərindən, təyyarələrindən və dronlarından rahat şəkildə gizləmək imkanı verir. HƏMAS-ın ötən həftələrdə yaydığı videolarda aydın görünür ki, beton elementlərdən tikilmiş tunellər heyrətamiz qədər səmərəlidir. Orada nəinki ayaqüstə dayanmaq imkanı var, hətta döyüşçülər sürətlə hərəkət edir, silah-sursat, o cümlədən, raketlər üçün yaxı qorunan anbar rolunu oynayır.

Tunellərin miqyası və dəqiq yeri məlum deyil, lakin şübhə yoxdur ki, şəbəkə genişdir və HƏMAS-ın döyüş vaxtı gizlənmək, müdafiə olunmaq və asanlıqla mövqe dəyişmək imkanı verir.

İkincisi, İsrail ordusu ərazini döyüşməyənlərdən təmizləmək və hücumu daha asan həyata keçirmək taktikasından istifadə edə bilər.

Nəzəri baxımdan, bu, salğam məntiqə söykənir: mülki şəxslərin əksəriyyəti təxliyyə edilərsə, yerdə qalanlar döyüşçü olaraq qəbul edilir və onlar legitim hərbi hədəfə çevrlirlər. Bu ssenari mülki qurbanları və İsrailə qarşı ittihamları azaldacaq. Hərçənd, mülki əhalinin şimal bölgəsini tərk edəcəyi ehtimalı çox da böyük deyil. Hətta bu baş versə - insanların hamısı ərazidən çıxsa belə, yenə də quru əməliyyatının çətinliyi azalmayacaq. Havadan bombardman və artilleriya zərbələri nəticəsində binaların dağıldığı şəhərdə xarabalıqlar arasından irəliləmək o qədər də asan başa gəlməyəcək. Yarımdağılmış şəhərlərdə hücuma keçənlər üçün digər ərazilərlə müqayisədə daha çətin olur və uğur qazanmaq şansı klassik 3:1 nisbətindən 5:1 və daha çox nisbətə dəyişir.

Bununla yanaşı, mülki şəxslər Qəzzanın şimalını tamamilə tərk etsələr, bu, HƏMAS-ın döyüşünü daha da asanlaşdıra bilər, çünki onlar atacaqları addımlardan qardaş və bacılarının zərər görməyəcəyi məntiqi ilə vuruşacaqlar. Öz yoldaşlarının yeraltı dəhlizlərdə olduğunu bilərək, yerin üstündə hərəkət edən bütün canlıları düşünmədən vura bilərlər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm