Nida Təhlil
Qərb Cənubi Qafqazda sülh istəmir: Azərbaycanın 28 ilini oğurladılar
Qərb Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında mövcud vəziyyətə, həyata keçirilən antiterror tədbirlərinin mahiyyətinə və nəticəsində ədalətlə yanaşmır. Qərb dairələri tərəfindən əsassız şəkildə Azərbaycanı “etnik təmizləmə” siyasəti həyata keçirən ölkə kimi təqdim etmək cəhdləri özünü açıq büruzə verir. Bir sözlə, Qərb Cənubi Qafqazda sülh istəmir.
Bunu Publika.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
O bildirib ki, Qərbin ədalət anlayışı yoxdur:
“Azərbaycanın həyata keçirdiyi 24 saatlıq antiterror tədbirləri terror yuvalarını qurutdu, separatçıları ağ bayrağı qaldırmağı məcbur etdi. Ondan sonra isə ermənilər öz istəkləri ilə Qarabağı tərk etdilər. Azərbaycanın bu prosesə heç bir təzyiqi olmayıb, əksinə onlara Azərbaycan vətəndaşlığını qəbul edərək bu torpaqlarda yaşamaları üçün çağırışlar edilib. Qərb ədaləti öz istədiyi kimi tətbiq edir. Qərbdə ədalət olsaydı, BMT-nin qəbul etdiyi 4 qətnaməyə uyğun hərəkət edərdi. Bu 4 qətnamədə ermənilərin Azərbaycan torpağını boşaltması istənilirdi. Amma Qərb nə etdi? 28 il Qarabağa boş-boşuna gəlib-getdilər. Azərbaycanın 28 ilini oğurladılar. Bu gün Qarabağda etnik təmizləmədən söhbət gedə bilməz”.

Sabiq səfir diqqətə çatdırıb ki, Qərbdə bir damcı ədalət olsaydı, biz Xocalıya ədalət istəyəndə sözünü deyərdi:
“Qərb Xocalıda 600-dən çox insanın ölməsinə, dəhşətə göz yumdu. İndi Qarabağa baxsaq, nə ölüm var, nə itki. Öz istəkləri ilə gediblər, ürəkləri də istəyəndə Azərbaycanın qanunlarını qəbul edərək gələ bilərlər. Qərb bölgədəki sakitliyi pozmağa çalışır. Həmişə demişəm, yenə deyirəm. Pis, çirkli əllərinizi bizim torpaqlardan çəkin! Bölgəmiz hüzur və rifah içində yaşamaq istəyir. Əgər Qərb həqiqətən ədalət istəyirsə, Ermənistanı sülh müqaviləsi bağlamağa razı salsın. Azərbaycanın güclü lideri, ordusu, xalqı var. Göz qabağındadır ki, BMT-nin qərarlarını Azərbaycan həyata keçirir, Ermənistan yox. Buna görə də Qərb utanmalıdır. Qərbin söyləyə biləcəyi bir söz yoxdur. Bir az vicdanı olan 44 günlük müharibədə sivil əhaliyə atılan raketlərə baxsın. Gecə insanları yatan yerdə öldürmək cinayətdir, ədalət yox. Qərbin aldığı qərarlar zibil qutusuna atılan kağız parçasıdır”.
Aysel Şahmar
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
-
Avropa08:24İspaniyada dəhşətli meşə yanğını - 12 nəfər həlak oldu
-
Yaxın Şərq07:30Üç ölkə hərəkətə keçdi - Yeni sülh masası qurula bilər
-
Ekologiya07:17Bu günə olan hava PROQNOZU
-
İdman06:46Yamalın qeyri-adi aksesuarları: Çantasının üzərində görün nələr var - FOTO








































