Nida Təhlil
BM-in Qarabağ qərarı: Bakı 8 həftə sonra hansı cavabı verəcək?
BMT-nin Beynəlxalq Məhkəməsi qərar çıxarıb ki, Azərbaycan Qarabağı tərk etmiş və qayıtmaq istəyən ermənilərə şərait yaratmalıdır.
Rəsmi Bakı bunu etməyə hazır olduğunu əvvəldən bəyan edib. Buna baxmayaraq, “Azərbaycan ermənilərin geri qayıtmasını təmin etməlidir” məsələsi mütəmadi olaraq gündəmə gətirilir. Erməni əhalisi isə geri qayıtmaq niyyətində deyil, əslində onları “qaçqın” elan edən rəsmi İrəvan da siyasi və iqtisadi maraqlarına görə bunu istəmir. Burada məqsəd “Qarabağın erməni əhalisindən” Bakıya qarşı təzyiq aləti kimi istifadə etməkdir.
Qərarda diqqətçən bir məqam da var: Azərbaycan Qarabağın erməni əhalisinin bütün qeydiyyat sənədlərinin, şəxsiyyətini təsdiq edən sənədlərin və xüsusi mülkiyyət sənədlərinin saxlanmasını təmin etməlidir.
Birincisi, erməni əhalisinin şəxsiyyətini təsdiq edən sənəd Ermənistan pasportu və qondarma rejimin saxta “pasportları”dır: ermənilər özləri ilə sənədlərini də aparıb, bu baxımdan, həmin sənədlərin Azərbaycan tərəfindən saxlanılması praktiki olaraq mümkün deyil;
İkincisi, Azərbaycanın suveren ərazisində başqa ölkənin və qondarma rejimin “pasportunun” mövcudluğu beynəlxalq hüquqa uyğun gəlmir: BM-in qərarındakı bu tələb kağız üzərində “qeyd” olaraq qalacaq;
Üçüncüsü, erməni əhalisinin xüsusi mülkiyyət sənədləri şübhəlidir, çünki onların böyük hissəsi işğal dövründə Azərbaycan ərazisinə qanunsuz köçürülüb və qovulan azərbaycanlıların mülklərini ələ keçiriblər;
BM-in qərarı praktiki müstəvidə nəyisə dəyişmək gücündə deyil. Lakin qərara əsasən Azərbaycan 8 həftə ərzində ermənilərin hüquqlarının təmin edilməsi və görülən tədbirlər barədə BM-ə hesabat təqdim etməlidir. Rəsmi Bakı hesabata işğal dövründəki qanunsuz köçürmələri, gedən ermənilərin böyük hissəsinin Qarabağa aidiyyətinin olmadığı faktlarını, o cümlədən, ermənilərin mənimsədiyi mülklərin azərbaycanlılara məxsus olduğuna dair sənədləri daxil edə bilər.
Asif Nərimanlı
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR












.jpg)





















.jpg)
.jpg)