Nida Təhlil
Dünənin, bu günün və sabahın partiyası necə yarandı? - Cəmisi 7 ay sonra...

Şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının yaradılması özü-özlüyünda tarixi bir hadisə idi. Partiya yarananda Azərbaycan hər bir sahədə dərin böhran içində idi. Müstəqilliyin ilk ilində demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi, bir tərəfdən də erməni təcavüzü davam edirdi. Təbii ki, belə çətin bir dövrdə ortaya yeni real qüvvənin çıxması zəruri idi. Başqa sözlə desək Heydər Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması zərurətdən və ehtiyacdan irəli gəldi.
Bunu Publika.az verdiyi açıqlamada Yusif Bağırzadə deyib. O bildirib ki, Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanladılar:
"21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə Təsis Konfransı keçirildi. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul olundu, eləcə də partiyanın Nizamnaməsini və Proqramı qəbul edildi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Naxçıvanda keçirilən təsis Konfransı ilə siyasi səhnəyə qədəm qoyan YAP bununla da Azərbaycanın siyasi tarixində yeni səhifənin açılmasına nail oldu.
Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilməyi bacardı. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
Prezident İlham Əliyevin keçən il YAP-ın 30 illik Yubileyi ilə bağlı keçirilən tədbirdə çıxışında dediyi kimi Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və təbii ki, müxalifət partiyası olaraq dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edirdi. YAP bu məsuliyyəti üzərinə götürməkdən çəkinmədi və yaranmasından cəmi 7 ay sonra iqtidar partiyasına çevrildi. Nəticə etibarilə Heydər Əliyevin təcrübəsi və peşəkarlığı sayəsində ölkəmizi üzləşdiyi bəlalardan xilas edə bildi. Odur ki, bugünkü güclü, qüdrətli Azərbaycanın bütün uğurlarının kökü məhz elə o gündən başlayır".
Politoloq vurğulayıb ki, YAP-ın keçən dövr ərzində fəaliyyətinə nəzər saldıqda görürük ki, bu partiya özünün bütün fəaliyyəti dövründə ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir:
"YAP həmçinin siyasi irsə sadiqlik nümayiş edən partiya kimi də uğurla inkişaf edən bir partiyadır. YAP-ın 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Prezident İlham Əliyevin partiyanın yeni sədri seçilməsi ilə Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilməyi bacardı.
Öz fəaliyyətində dövlətin siyasi prioritetlərini əsas tutan YAP beynəlxalq əməkdaşlıq vektorunda da milli maraqlara əsaslanan münasibətlər qurur. Partiyanın beynəlxaq müstəvidəki fəal mövqeyi paralel olaraq ölkəmizə də çoxlu sayda tərəfdaş qazandırıb.
YAP həmçinin öz təşəbbüsləri sayəsində partiyalararası siyasi dialoqu stimullaşdırır. Siyasi dialoqun inkişafını dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biri kimi qəbul edən partiya olaraq YAP üzərinə götürdüyü missiyanı uğurla davam etdirir. Partiyanın sonuncu VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.
Böyük inkişaf yolu keçmiş, böyük ənənələrə malik olan Yeni Azərbaycan Partiyasının bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacağı heç bir şübhə doğurmur. Çünki bu partiya təsis olunduğu gündən etibarən xalqın inam və etimadını ən yüksək səviyyədə doğrultmağı bacarıb".
Nəzrin

-
Maraq dünyası17:16
Bu 3 bürc Əjdaha ilində VARLANACAQ: Pul qabıları dolub-daşacaq
-
Magazin116:31
Alim Qasımovun keçmiş kürəkəni 20 yaşlı qız qaçırdı
-
İqtisadi gündəm16:21
300 dollarlıq gömrük limiti dəyişdirilir? - AÇIQLAMA
-
İdman15:31
Uğurunun sirri olan qadın ortaya çıxdı - FOTOLAR
-
Sosial15:01
Temperatur 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
-
Kriminal14:46
Fermada gənc sevgilisi ilə cinsi əlaqədə oldu, bunu videoya çəkən dostu isə... - Şok təfərrüat
-
İdman14:11
Qanalı gözəl təkzib etdi: Onunla görüşməmişəm - FOTOLAR
-
Magazin113:46
Elza bu müğənnilərə əsəbiləşdi: "Beli incə, ombaları böyük..."