Nida Təhlil
Molla rejimi Təbriz gözəlini işgəncə ilə öldürüb: DƏHŞƏTLİ FAKTLAR
“آذربایجان میلتی چکمز بو ذیلتی" ("Azərbaycan milləti, çəkəmməz bu zilləti") - Təbrizin Vadi məzarlığında Aylar Həqqinin dəfnindəki izdihama mane olmaq istəyən təhlükəsizlik qüvvələrinə qarşı səsləndirilən şüarlardan biri belə idi. Ötən il hicab qiyamı zamanı Təbriz Azad Universitetinin tibb fakültəsinin tələbəsi Aylar Həqqi gecə aksiyalarının birində təqiblərdən qaçıb sığındığı binadan təhlükəsizlik qüvvələri tərəfindən yerə atılmış, binanın həyətindəki armaturun bədəninə batması nəticəsində dünyasını dəyişmişdi. Başqa xəbərlərdə isə Aylar Həqqinin “kürəyindən aldığı güllə yarasından” keçindiyi deyilirdi.
Aylar dörd il idi ki, Təbriz Universitetində tibb təhsili alırdı. Sosial mediada çoxsaylı paylaşımlarda onun azəri rəqsləri öyrənmək üçün kursa getməsindən və yaxşı rəqs etməsindən danışılır. Aylar həm də yaxşı üzgüçü idi. Bu maraqlar belə onun rejim üçün arzulounmaz elan edilməsi üçün yetərli idi. Üstəlik, o, mövcud vəziyyətə etiraz edirdi, “Qadın, Həyat, Azadlıq “ hərəkatı başlayandan Təbrizdə aksiyaların fəal iştirakçısı idi. Aylar cəsur qız idi. Korona epidemiyası zamanı könüllü olaraq peyvənd kampaniyasına kömək etmişdi.
O, etirazların qurbanları arasında olsa da, hökumət qətldə heç bir rolu olmadığını israr edir, lakin yaxınları Ayların xəfiyyələr tərəfindən öldürüldüyünü təsdiqləyən bəs deyincə sübutların olduğunu bildirilər.
Ayların yaxınları hesab edir ki, o, aksiyalarda iştirak etdiyi üçün xəfiyyələr tərəfindən hədəf kimi müəyyən edilib. Öldürülməzdən bir gün əvvəl zabitlər Ayları və digər etirazçı tələbələri həbs etmək üçün oxuduqları universitetə gedib, lakin onu həbs edə bilməyiblər. Ertəsi gün aksiyalarda iştirak etmək üçün yenidən evdən çıxıb. Nümayiş bitəndən sonra Aylar izləndiyini anlayıb. Bu dəqiqələr gənc tələbə qız üçün dəhşətli və çətin idi: bir neçə dəqiqə yüyürüb nəfəsini dərir və bəzi dostlarına zəng edib xəfiyyələrin onun dalınca gəldiyini deyir. Saat 9:45-də “İnstaqram” səhifəsində yaxınlarından kömək istəyir, yazır ki, xəfiyyələr hamını öldürürlər. Bundan sonra ondan heç bir xəbər alınmayıb.

Ailəsi polis bölməsinə gedərək qızlarını axtarıblar. Polis bölməsində Ayların mobil telefonu və ayaqqabısı ailəsinə göstərilib və onlar Təbrizin Şühəda xəstəxanasına göndərilib.
Ailəyə yaxın mənbə hesab edir ki, məmurlar onu əvvəlcə sərt şəkildə döyüb, sonra yaxın məsafədən güllələyiblər. Daha sonra da meyitini yarımçıq tikilinin çuxuruna qoyublar. Xəstəxananın təcili yardım həkimi bildirib ki, Ayların cansız bədəni saat 23 radələrində təcili yardıma aparılıb. Onun bədənində çoxlu zədə izləri, başının arxasında tikişlər olub. Ailə Ayların meyitini görəndə saçları yaş idi, bu axan qanın nəticəsi idi. Ayların anası Təbrizdə Şuhada xəstəxanasının qabağında qışqırırdı ki, Ayları öldürdünüz. Dərhal onun yanına gələn xəfiyyə xəbərdar edir ki, “səni də aparacağıq”.
Bu vaxta qədər teokratrik rejim öldürülənlərin çoxunun ölümünün xəfiyyələrlə heç bir əlaqəsi olmadığını iddia edir. Oxşar iddia Aylar ilə bağlı da səsləndirilib. Təbriz prokuroru bildirdi ki, o, maşına minib və enən zaman müvazinətini itirərək çuxura düşüb. Rejimə bağlı media da onun əyləncə məclisində alkoqol içdiyini iddia etdi. Ayların ölüm şəhadətnaməsində isə ölüm səbəbi kimi sərt və iti cismin bədəninə girməsi göstərilir. Ailəyə yaxın mənbə deyir: “Sərt və iti cismin zərbəsi, güllələnmə nəticəsində öldürülən etirazların bir çox qurbanı üçün işlədilən ifadədir”. Ölüm haqqında şəhadətnamədə hündürlükdən yıxılmadan bəhs edilmir.
Ayların dəfn mərasimi hökumət əleyhinə nümayişə çevrilmiş, etirazçılar ölkənin ilk prezidenti-indiki dini rəhbər Əli Xamenei əleyhinə şüarlar səsləndirmişdilər. Dəfn keçirilən Təbrizin Vadi Rəhmət məzarlığına çoxsaylı xəfiyyələr cəlb olunmuş, bir neçə nəfər həbs edilmişdi.
Amma ailəyə edilən təzyiqlər Ayların atası Rəcəb Həqqinin hökumətin rəvayətlərinə etiraz etməsinə mane ola bilmədi. O, qızının dəfn mərasimində deyirdi: “Uzaqdan-yaxından başsağlığı verən hər kəsə minnətdaram. İki dəqiqəlik reportajında hakimlik edən o telemüxbirlər isə bütün şəhid olan qızların ailələrin reputasiyasını tapdalayır. Allaha and olsun ki, Həzrət Zəhranın şərəfinə və bu günün şərəfinə Allah onları bağışlamaz. O biri dünyada onların yaxasından yapışacam”.
Aylar bir müddət Təbrizdə etirazların simvoluna çevrilmişdi. Təbriz Azadi Universitetinin 120 professoru Ayların adını çəkərək universitetin rektoruna ünvanlanan birgə müraciətdə tələbələrə dəstək olduqlarını bildirirdilər. Professorlar rektordan xahiş edirdilər ki, tələbələrin “təhlükəsizliyini qorumaq”, saxlanılan tələbələri azad etmək üçün “şəxsi və hüquqi imkanlarından” istifadə etsin.
Ötənilki hicab aksiyalarının digər azərbaycanəsilli simvollarından biri də Hədis Nəcəfi idi. Kərəc şəhərində etiraz aksiyaları zamanı İran rejiminin repressiv qüvvələri tərəfindən öldürülən Hədisin 4 ailə üzvü həbs edilib. Hədisin bacısı, hazırda Türkiyədə yaşayan Əfsun Nəcəfi “Instagram” səhifəsində ailəsinin 4 üzvünün təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyini açıqlayıb. Onun sözlərinə görə, evdə reyd keçirən təhlükəsizlik qüvvələri ailə üzvlərini həbs edərkən, həmin şəxslərin şəxsi əşyalarını, o cümlədən telefonlarını müsadirə ediblər.
Əfsunun HRA xəbər agentliyinə verdiyi açıqlamaya görə, onun qardaşı Əmir Hüseyn, bacıları Şirin və Negin və atası Cabir təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Lakin İran mediasında yayımlanan xəbərlərə görə, Əlborz valiliyinin təhlükəsizlik üzrə müavini bu xəbəri təkzib edib.

2022-ci il sentyabrın 21-də Kərəcdə keçirilən etiraz aksiyalarında öldürülən Hədis Nəcəfinin repressiv qüvvələr tərəfindən 3 güllə ilə öldürüldüyü bildirilir.
İranın azərbaycanlı qadın fəalları bu gün də mübarizələrini davam etdirilər. Onlardan biri də “Təbriz qızı” ləqəbi ilə tanınan Röya Zakiridir. Röyanın adında yayımlanan videoklipdə məlumat verilir ki, hakim cəza olaraq üçüncü dəfə onu Təbrizdəki psixiatriya xəstəxanasına yerləşdirilməsi haqda hökm çıxarıb, amma İran rejiminin ona qarşı ittihamlarını qəbul etmir.
Röyanın son həbsindən bir gün sonra Şərqi Azərbaycan vilayət polisi onun “psixi xəstəlikdən” əziyyət çəkdiyini bildirib. İSNA xəbər agentliyi iddia edir ki, polis bəzi vətəndaşların Təbriz şəhərinin əsas küçəsində "dəli qadın"ın olması barədə məlumat verdikdən sonra onu həbs edib.
Röya videoda deyir ki, 2022-ci il qiyamında ilk dəfə Təbriz Universitetinin qarşısında əlində “Qanuni qəyyumluğa ölüm” və “Hüquqlarımızı istəyirik” şüarları yazılmış pankartla etiraz etdiyinə görə həbs edilib. Həbs vaxtı aclıq aksiyası keçirib, zindanda 16 gün karantində qaldıqdan sonra Təbrizdəki Əl-Razi psixiatriya xəstəxanasına köçürülüb və bir müddət sonra sərbəst buraxılıb.
Keçmiş siyasi məhbus əlavə edib ki, həbs olunduğu zaman o, təhlükəsizlik orqanlarının uydurduğu məhkəmə işi ilə üzləşib və “dövlət təhlükəsizliyinə qarşı toplaşmaq və sui-qəsd” və “düşmən ölkələrlə əlaqə qurmaq”da ittiham olunub.
Zakiri bu ilin oktyabr ayında Təbriz zindanında saxlanılarkən polisin onun bank kartını bloklamasına və cinayət törətmədən həbs etməsinə etiraz etməsindən danışır.
Bu arada, oktyabrın 30-da Röyanın vəkili Sina Yusefi Tvitter hesabında yazıb ki, bir neçə gün əvvəl Təbrizdəki Əl-Razi Psixiatriya və Psixoloji Xəstəxanasına köçürülən Röya Zakiri prokurorun əmri ilə Təbriz təhlükəsizlik idarəsinin təcridxanasına köçürülüb.
Zakiri azadlığa çıxdıqdan sonra bu yaxınlarda yayımlanan videoda şikayətçi olduğunu və şikayətinə baxılmadığını və yenidən həbs edildiyini, buna görə də küçədə etiraz etdiyini və sosial şəbəkələrdə onun etirazını əks etdirən videoçarxın nümayiş etdirildiyini bildirib.
Qeyd edək ki, İranda bir çox siyasi məhbuslar zorla həbsxanalardan ruhi xəstəxanalara köçürülür. Həbsxanadan psixiatriya xəstəxanasına köçürülənlər arasında Saman Yasin, Məliki Karagözlü, Payam Darəfşan, Ali Nuri, Leila Mirqvari, Farzin Rezaei Roşan, Bəhnam Mahcubi və digərləri var.
P.S. Yazı BBC fars xidməti, “Radiofərda” və “İran international”ın materialları əsasında hazırlanıb.

Cəmaləddin Quliyev, siyasi ekspert
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı
-
Sosial24 Aprel 17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa24 Aprel 16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır












.jpg)


























