Nida Təhlil
ABŞ-ın Bakıdakı şəbəkəsi ifşa olundu: onları erməni maraqları ilə nə birləşdirir?
ABŞ-ın Azərbaycandakı səfirliyinin bu ölkədə təhsil almış azərbaycanlı məzunlarla 27 noyabr saat 18:30-da planlaşdırılan görüşü ləğv edilib. Bu qərar şübhəli suallar yaradır və diqqəti son günlər mediada faktlarla ifşa edilən Vaşinqtonun ölkəmizdəki agentura şəbəkəsinin üzərinə yönəldir. Və bununla ABŞ Azərbaycanda “məzunlarla görüş” adı altında agentura şəbəkəsini bir araya topamaq niyyətini də etiraf etmiş oldu. Çünki ABŞ-da təhsil almış “məzunlarla görüş” sadəcə “yubiley qalası” idisə, o zaman, görüş ləğv edilməməli, ictimaiyyətə açıq şəkildə baş tutmalı idi. Görüşün ləğv edilməsi agentura şəbəkəsi haqda yayılan faktların təsdiqidir.
Baş verənlər, ümumiyyətlə Vaşinqtondan Bakıya uzanan əllərin aktivləşməsi diqqəti bir neçə istiqamətə yönəldir.
- ABŞ səfirliyinin belə bir görüş keçirmək planı nədən qaynaqlanıb?
- Vaşinqtonun Azərbaycanda planları nədən ibarətdir?
- ABŞ-ın agentura şəbəkəsində kimlər yer alır?
- Bu şəbəkəni erməni diasporu/lobbisi ilə nələr birləşdirir?
Hüquq-mühafizə orqanlarının keçirdiyi son əməliyyat nəticəsində “Abzas Media”nın xarici donor təşkilatları ilə gizli əməkdaşlığı haqda sensasiya hesab ediləcək məlumatlar aşkarlandı. Bu media orqanı ilə bağlı ortaya çıxan faktlar təkcə “Abzas Media”nın direktoru Ülvi Həsənov, baş redaktor Sevinc Abbasova və layihə koordinatoru Məhəmməd Kekalovla yekunlaşmır. Əslində bu şəxslər, onların fəaliyyəti, ümumilikdə “Abza Media” ABŞ-ın Azərbaycandakı agentura şəbəkəsinin ifşa edilməsində ipucu rolunu oynadı. ABŞ səfirliyinin təcili hərəkətə keçməsi də bundan qaynaqlanır: görünür, agentura şəbəkəsi ilə görüşə rəsmi don geyindirmək məqsədilə “məzunlarla görüş” adı verilib, Azərbaycanın müvafiq strukturlarının operativ işi və cəmiyyətin reaksiyasından sonra bunu ləğv etmək məcburiyyətində qalıblar.
Görüşün məqsədi haqda üç ehtimal irəli sürmək mümkündür:
Birincisi, ifşa edilən agentura şəbəkəsinə gizlənmək, ifşadan yayınmaq üçün təlimatlandırmaq;
İkincisi, yeni formatda, yeni iş prinsipləri ilə fəaliyyəti davam etdirmək;
Üçüncüsü, şəbəkənin hədəflərini birbaşa təmasla müzakirə etmək, yeni tapşırıqlar vermək;
Bu faktlar Vaşinqtonun Azərbaycanda agentura şəbəkəsinin fəaliyyəti və planlarının nədən ibarət olduğunu ön plana çıxarır. Gizli şəbəkənin formalaşdırılması, maliyyələşdirilməsi və kordinasiya edilməsi işini USAİD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) həyata keçirdiyi sirr deyil. Bu təşkilat yarandığı dövrdən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qeyri-rəsmi qolu olaraq fəaliyyət göstərib və əsas işi Vaşinqtonun maraqlarının olduğu ölkələrdə agentura şəbəkəsini formalaşdırmaq, onları qrant layihələri ilə təmin etmək və lazımi məqsədlər üçün istifadə etməkdir.
USAİD Azərbaycanda 1991-ci ildə fəaliyyət göstərib və həmin vaxt yeni qurulan respublikalara “demokratiya ixracı” işini həyata keçirib. Daha sonra təşkilatın gerçək hədəfləri üzə çıxdı, xüsusilə 2003-cü ildə Bakı küçələrində vətəndaş qarşıdurmasının yaradılmasına hesablanan planlarının e-şifrə edilməsi fonunda. USAİD-lə yanaşı, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar da eyni şəbəkəyə daxildir. Əsas diqqətçəkən məqam bu təşkilatlardan birinin fəaliyyəti ifşa olunduğu halda digəri hərəkətə keçir və hədəfə doğru fəaliyyəti davam etdirir. 2013-cü ildə Bakı küçələrində “favebook inqilabı” planına ABŞ Milli Demokratiya İnstitutunun (MDİ/NDİ) 2 milyon kapital yatırması da 2003-cü il planlarının davam etdirilməsi cəhdi idi.
2013-2014-cü ildə ABŞ-ın agentura şəbəkəsi böyük ölçüdə ifşa edildi. Bundan sonra USAİD bir müddət fəaliyyətini məhdudlaşdırdı. 2017-ci ildən başlayaraq, USAİD fəaliyyət istiqamətlərini də dəyişdirdi, əsas diqqəti daha çox regional layihələrə, xüsusilə yeniyetmə və gənclər, eləcə də gender bərabərliyi prinsipi altında qadınların biznes fəaliyyətinin təşviq edilməsi kimi işlərə yönəltdi. Əslində bu diqqəti yayındırmaq və agentura şəbəkəsini yenidən formalaşdırmaq məqsədi daşıyırdı. Əgər USAİD və onun çətiri altında fəaliyyət göstərən təşkilatlar agentura şəbəkəsini “media” və “QHT”-lər üzərindən maliyyələşdirirdisə, fəaliyyəti ifşa olunandan sonra bunu edə bilmədilər. Bu zaman prosesin Gürcüstan üzərindən həyata keçirilməsinə başlanıldı. USAİD Azərbaycan üçün ayırdığı maliyyəni Gürcüstandakı şəbəkəsinə köçürür, Azərbaycandakı şəbəkənin üzvləri Tbilisiyə “turist səfərləri” təşkil edərək, dollarları ölkəyə nəğd şəkilində daxil edirdi. AXCP funksionerlərinin və onlara yaxın jurnalistlərin ifşa edilərək, qanun qarşısına çıxarılması bunu isbatladı.
Və belə görünürdü ki, USAİD və onun çətiri altındakı təşkilatlar Azərbaycanda uğursuzluğa düçar olduqları ilə razılaşacaq, ölkənin daxili işlərinə müdaxilə etməyəcəklər. Lakin ortaya çıxan faktlar təsdiq edir ki, agentura şəbəkəsinin formalaşdırılması, maliyyələşdirilməsi və idarə olunmasında dəyişən sadəcə metodologiyadır.
- Yeni resurslar yaradılıb: “Abzas Media”, “Toplum Tv”, “Fakt Yoxla” (“Fact Check”) və digər media orqanları köhnələrin sırasına daxil edilib, şəbəkə daha da genişləndirilib.
- “Feminizm” hərəkatı adı altında yeni aktiv şəbəkə qurulub, eləcə də agentura şəbəkəsinin böyük qisminin fəaliyyəti məhz bu ad altında koordinasiya edilib.
Hədəf milli hakimiyyətlərə qarşı “rəngli inqilab” ssenarilərinin ixracına başlanılması, Cənubi Qafqazda da bu vasitələrlə ABŞ-ın maraqlarının təmin edilməsidir. 2022-ci ildə ABŞ-da hazırlanan “Demokratiyanın Parlaq Nöqtələrini Anlamaq və Dəstəkləmək” adlı sənəd inqilab strategiyasının aktivləşdirildiyini təsdiqlədi. “Demokratiya doktrinası” adlandırılan bu sənədin 4 istiqaməti var:
- Demokratik üsyanlar: kütləvi səfərbərlik demokratik yola etiraz edilən lideri səlahiyyət müddətinin ortasında sıxışdırıb çıxarır;
- Perspektivli avtokratik varislər: rejimin davamlılığı çərçivəsində demorkatik tərəqqiyə (əslində ABŞ maraqlarına) qapını açan varisin dəstəklənməsi;
- Bloklanmış hakimiyyətin ələ keçirilməsi: hakimiyyətdə olan lider öz səlahiyyət müddətini uzatmağa cəhd etdikdə, hüquqi institutlar və səfərbərlik yolu ilə mane törətmək;
- Həlledici seçkilər: “demokratik yoldan” dönən hökumətin seçkidə gücünü itirməsi;
Bu strategiyanın tətbiqi USAİD-in rəhbəri Samanta Pauerə həvalə olunub. Və belə görünür ki, ABŞ-ın Azərbaycandakı agentura şəbəkəsinin aktivləşdirilməsi də prosesin tərkib hissəsidir. Hərçənd, burada ABŞ-ın Cənubi Qafqazdakı maraqları ilə yanaşı, erməni diasporu/lobbisinin planları da rol oynayır. Bu kontekstdə İrəvanda qondarma “erməni soyqırımı”nın abidəsinə baş əyən, Azərbaycan və Türkiyənin qatı düşməni olan, separatçı biznesmen Ruben Vardanyanın yaxın dostu Samanta Pauerin Azərbaycanı hədəf taxtasına çıxarması təsadüfi deyil. Çünki 44 günlük müharibədən sonra bölgədə bütün reallıqlar Ermənistanın əleyhinə dəyişdi. 20 sentyabrda antitrerror tədbirləri nəticəsində Azərbaycan torpaqlarındakı erməni separatizminin məhv edilməsi isə bu reallıqları gücləndirdi. İndi Ermənistanın mövcudluğunun yeganə yolu Azərbaycanla hesablaşmaq, Bakının diktə etdiyi gələcəklə barışmaqdır. Görünür, erməni diasporu\lobbisi Samanta Pauerin rəhbərliyi ilə bu reallığı dəyişmək naminə Azərbaycan üzərinə oynamağa cəhd göstərirlər. ABŞ Konqresində Azərbaycana qarşı qərarların gündəmə gəlməsi, Azərbaycan daxilində agentura şəbəkəsinin hərəkətə keçirilməsi də bu planlardan qaynaqlanır.
Bu prosesi iki istiqamətdə həyata keçirirlər.
Birincisi, “feminizm” hərəkatını hərəkətə gətirməklə.
Azərbaycanlılardan ibarət “Feminist Sülh Kollektivi”nin fəaliyyəti, Azərbaycana qarşı Ermənistanın maraqlarını müdafiə etmələri, hətta Azərbaycanı “soyqırımında”, “işğalda” ittiham etmələri bu prosesin tərkib hissəsidir.
İkincisi, media resursları üzərindən fəaliyyətin davam etdirilməsi, beynəlxalq müstəvidə rəsmi Bakıya qarşı istifadə ediləcək “arqumentlərin” Azərbaycan daxilindəki şəbəkələr vasitəsilə hazırlanması.
Bu kontekstdə “Abzas Media”nın fəaliyyəti məqsədyönlü idi və əsas işi Azərbaycan əleyhinə “kompramatların” hazırlanması olub. Qrarabağ, Azərbaycan-Ermənistan münasibətləri kimi məsələlərdə “beynəlxalq jurnalist prinsipləri”nə uyğun olaraq, tərəf tutmadıqlarını deyən bu şəbəkələr Azərbaycanın əleyhinə “arqumentlər” toplamaq üçün əllərindən gələni edirlər. Təbii ki, bütün bu fəaliyyətin qarşılığında maliyyə əldə edirlər, nə az, nə çox, yüz minlərlə avro dəyərində.
Heç bir gəliri olmayan – nə reklamı, nə abunə sistemi, nə də qeyd olunan hansısa maliyyə mənbəyi – “Abzas Media”nın avrolarının mənbəyi bəllidir. Mediada yayılan faktlar bu media orqanının başda USAİD olmaqla Qərb donor təşkilatlarından qeyri-qanuni şəkildə maliyyələşdirildiyini təsdiq edir.
USAİD-ə bağlı olan “DT Global” təşkilatından Ülvi və Ko 98 600 avro və 30 000 ABŞ dolları alıb. Digər alınan vəsaitlər:
“Milli Demokratiya Fondu”ndan 55 350 ABŞ dolları,
“Praqa Vətəndaş Cəmiyyəti” təşkilatından 50 600 ABŞ dolları,
“German Marşal Fondunun Regional Əməkdaşlıq üçün Qara Dəniz” təşkilatından 24 990 ABŞ dolları,
ABŞ-ın Azərbaycandakı səfirliyindən 21 954 ABŞ dolları,
“İnternews” təşkilatından 12 000 ABŞ dolları,
“People in Need” təşkilatından 11 000 ABŞ dolları,
“Niderland Helsinki Komitəsi”ndən 5 000 avro,
“Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti” təşkilatından 4 110 avro,
“Norveç Helsinki Komitəsi”ndən 4 000 avro,
“Freedom House” təşkilatından 2 500 ABŞ dolları,
“Amerika Beynəlxalq Təhsil Şurası” təşkilatından 2 400 ABŞ dolları,
Almaniyanın Azərbaycandakı səfirliyindən 1 500 avro və Fransanın Azərbaycandakı səfirliyindən 700 avro, ümumilikdə 113 910 avro və 210 794 ABŞ dolları həcmində vəsait.
Bu pulların müqabilində isə hazırlanan layihələrin adı onların məzmununu və niyyətini açıq şəkildə nümayiş etdirir. Bunlar: “Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiyalara əməl etməsinin monitorinqi”, “Məhkəmə orqanları tərəfindən qəbul edilmiş qərarların araşdırılması”, “Araşdırılmamış 100 cinayət”, “Turizm və kənd təsərrüfatı sahələrində korrupsiyanın araşdırılması”, “Media haqqında qanunla bağlı vəkillik fəaliyyətinə dəstək”, “Media portalının müasir texniki vasitələrlə təchiz edilməsi” və sair.
Bundan əlavə 210 468 ABŞ dolları və 77 815 avro məbləğdə ilkin layihələndirilmiş sənədlər aşkar edilib. Həmin sənədlərdə iştirakçı və icraçı qismində yuxarıda adları çəkilən şəxslərlə yanaşı müxalif fəallar Toğrul Vəliyev, Hafiz Babalı, Şəmistan Həziyev, Hacı Zeynallı, Sahilə Aslanova, Minəxanım Əliyarlı, Rübabə Quliyeva, Elnarə Qasımova və Nərgiz Absalamovanın da adları keçir. (Report).
Ortada sensasion faktlar var. Və bu faktlar təsdiq edir ki, “Abzas Media”nın rəhbərliyinin saxlanılmasının ciddi əsasları var. Onların təmsil olunduğu agentura şəbəkəsi isə bunu “demokratiya” ilə bağlamağa, bununla da özlərinin ifşasını ört-basdır etməyə çalışırlar. Lakin əlahəzrət fakt hər şeyi isbat edir.
Bu faktlar ABŞ-ın Azərbaycandakı agentura şəbəkəsinin fəaliyyətini də ortaya çıxarır. “Demokratiya”, “insan haqları” kimi klassik məsələlər üzərindən həyata keçirilən bu fəaliyyətin kökündə həm də erməni maraqlarının müdafiəsinin də həyata keçirildiyi gözardı edilməməlidir.
Publika.az
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...