Nida Təhlil
Neft bazarında təlatüm gözlənilir? - Qiymətin 80-85 dollar dəhlizində dəyişməsi...
"Ümumi dinamikalara baxsaq, görərik ki, Brent markalı neftin qiyməti hal-hazırda 84 dollardan çoxdur. Azərbaycan neftinin qiyməti isə 86 dolların üstündədir. Neftin qiymətinin gündəlik 1 dollar, hətta iki dollar dəyişməsi bazarda təlatüm yaradacaq və ya təsir edəcək bir məsələ deyil. Qiymət günün əvvəlində qalxa, günün sonunda əvvəlki vəziyyətinə qayıda bilər".
Bunu Publika.az-a Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban deyib. O bildirib ki, birjaya pozitiv xəbər gələndə, qiymət artır, neqativ informasiya gələndə isə azalır.
Ekspert bildirib ki, oktyabrın 7-də başlayan Fələstin-İsrail toqquşmasından sonra artım var idi və əsas bazar iştirakçılarını narahat edən səbəbi o idi ki, müharibənin coğrafiyası genişlənə bilərdi:
"Ora Misir, İran qoşula bilər. Digər ərəb ölkələri qoşula bilər. İstehsalçılar 50 il əvvəl, 1973-cü ildəki kimi neftin satışı ilə bağlı Qərb ölkələrinə qarşı embarqo qoya bilərlər. Nəticə etibarı ilə istər istehsalçı, istərsə də tranzit ölkələrində problem yaranır və bazarda istehsalçı və istehlakçı arasında zəncir qırıla bilər. Necə ki, biz 2022-ci ildə bunu müşahidə elədik. Rusiya-Ukrayna müharibəsində neftin qiymətində kosmik qiymət artımının şahidi olduq. Qısa bir vaxt ərzində neftin qiymətləri 80 dollardan 136 dollara qədər artdı. Biz indi bunu görmürük. Məsələn, maksimum olaraq 90 dollar 92 dollara qədər artım müşahidə olunur və sonra yenidən enir. İndiki kimi, yəni 80-85 dollar dəhlizində neftin qiymətinin dəyişməsi normal bir haldır".

Ekspertin sözlərinə görə, hazırda bazarda hansısa narahatlıq doğuracaq bir hadisə baş vermir:
"Azərbaycana gəldikdə isə büdcəmizdə neftin qiyməti 60 dollardan götürülüb. Orta qiymət bu ilin sonuna qədər çox güman ki, 85 dollar olacaq və hər 10 dollar artım büdcəyə minimum 1.5 milyard manat əlavə gəlir gətirir. Bu da hökumət üçün çox yaxşı imkan qapıları açır ki, bununla büdcə qarşısında duran vəzifələri daha yaxşı yerinə yetirsin, ölkənin valyuta ehtiyatları artsın. Digər tərəfdən bununla iki ildir ki, üç milyarddan çox olan büdcə kəsrini əlavə gərginliyə məruz qalmadan bağlamaq olar".
Nəzrin Cavadzadə
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı
-
Sosial24 Aprel 17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa24 Aprel 16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır







































