Nida Təhlil
Bakıya qarşı “erməni əsgərin ölümü” üzərində qurulan oyun - Sərhəddə nə baş verir?
Rəsmi Bakının təkzib etməsinə baxmayaraq, Ermənistan sərhəddə ölən əsgərin Azərbaycan tərəfindən vurulduğunu iddia edir. Maraqlıdır ki, erməni əsgərin vurulması xəbəri ilk yayılanda İrəvanın rəsmi açıqlaması “dəqiqləşdirmə” yönündə idi, daha sonra Bakı ittiham edildi. Halbuki, sərhəd toqquşmalarında belə “dəqiqləşdirmə” təcrübəsi olmayıb.
Bəllidir ki, Ermənistan bu və ya digər səbəbdən ölən hərbçisinin cəsədindən siyasi məqsədlər üçün istifadə etmək niyyətindədir. Və bu situasiya sərhəddə gözlənilən “gərginlik oyununun” başlana biləcəyi ehtimalını da ön plana çıxarır.
Burada xüsusilə diqqətçəkən iki məqam var:
Birincisi, Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarın Bakının təkzib etməsinə rəğmən, Ermənistan tərəfinın iddiasına istinadən sərgilədiyi mövqedir;
İkincisi, Azərbaycana qarşı “erməni əsgərin öldürülməsi” ittihamının ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın Bakıya səfərindən öncə gündəmə gətirilməsidir;
Obraynı Bakıya gətirən səbəblərdən biri Azərbaycanı sülh danışıqlarının Qərb platformalarında aparılmasına, xüsusilə kommunikasiyanın İrəvanın “sülhün kəsişməsi” layihəsinə uyğun açılmasına razı salmaqdır. Müzakirələrdən öncə “Azərbaycan atəş açıb" ittihamının irəli sürülməsi və Aİ-nin bunu dəstəkləməsi də “Bakı razı olmayacağı təqdirdə, sərhəd gərginliyi üzərindən təzyiqlə üzləşəcəyi” haqda mesaj xarakteri daşıya bilər.
Asif Nərimanlı
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi




































.jpg)
.jpg)