Nida Təhlil
İcma ABŞ-dan tələb etdi: "Qərəzli siyasətindən əl çəkin"
Qərbi Azərbaycan İcması ABŞ-dan Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməyi və bölgədə sülhün bərqərar olunmasına maneə olmamağı tələb edir.
Publika.az xəbər verir ki, icmanın bəyanatında bildirilib ki, Birləşmiş Ştatlarının Beynəlxalq Dini Azadlıq Komissiyası dini azadlıqlara dair hesabatının Azərbaycanla bağlı hissəsində qərəz və Azərbaycanofobiyaya yer verib.
"BMT missiyasının 2023-cü ilin oktyabr ayında Azərbaycanın Qarabağ bölgəsinə etdiyi səfərdən sonra dərc etdiyi hesabatda, oradakı mədəni və dini abidələrə heç bir zərər verilmədiyini təsdiq etməsinə baxmayaraq, Komissiya naməlum “insan haqları təşkilatları”nın hansısa narahatlıqları olduğunu qeyd edir.
Qeyd edək ki, bu hesabat Dövlət Departamentinin cari ilin may ayında bu mövzuda dərc etdiyi anti-Azərbaycan hesabatı ilə eyni dəsti-xətlə yazılıb. Komissiyanın hesabatının Dövlət Departamentinin hesabatından yeganə fərqi Azərbaycana qarşı iddialarını əsaslandırmaq üçün radikal millətçi erməni müəllifləri olan L. Xaçaturyan, H. Qulyan, S. Bokçeriyana daha açıq şəkildə istinad etməməsidir", - bəyanatda vurğulanıb.
İcmadan bildirilib ki, Azərbaycanda erməni dini abidələri ilə bağlı əsassız iddialara geniş yer verən ABŞ-nin sözügedən qurumu, nədənsə Ermənistandan azərbaycanlıların etnik və dini nifrət zəminində tamamilə qovulması, bu ölkədə vaxtilə dövlət qeydiyyatından keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıdılması faktlarını görməzdən gəlir:
"Qərbi Azərbaycan İcması ABŞ-dan Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməyi və bölgədə sülhün bərqərar olunmasına maneə olmamağı tələb edir. ABŞ insan hüquqları və dini irs məsələsində səmimidirsə, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməli və Ermənistanda dağıdılan Azərbaycan dini və mədəni irsinin bərpasına dəstək verməlidir".
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi




































.jpg)
.jpg)