Nida Təhlil
Gələn il Azərbaycan bütün diqqətini bu 3 seçkiyə yönəldəcək: Eyni zamanda...
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə Publika.az-a açıqlama verib.
O qeyd edib ki, gələn il Azərbaycanda bir ildə üç seçki keçirləcək, hər üçünün də yüksək səviyyədə keçiriləcəyi gözlənilir:
“Əvvələr seçkilər müxtəlif illərdə keçirilirdi. Gələn il isə cəmiyyət bütün diqqətini ölkədə olan üç seçkiyə yönəldəcək. Eyni zamanda, bu seçkilər cəmiyyətin inkişaf xəttinə, prezidentin fəaliyyətinə verilən siyasi qiymət də hesab edilə bilər.
Prezidentin rəhbərliyi ilə Azərbaycanda bir çox islahatlar keçirildi, Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar nəticəsində torpaqlarımız işğaldan azad edildi. Azərbaycan bu gün beynəlxalq birlikdə yüksək siyasi reytinqə malik olan bir dövlətdir. Bütün bunların hamısına cəmiyyətin qiyməti də gələnilki seçkilərdə ən yüksək şəkildə veriləcək”.
Aysel Şahmar
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi




































.jpg)
.jpg)