Nida Təhlil
Putin Əliyev və Paşinyandan nə istəyəcək? - Peterburqda gözlənilən görüş
Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa səfər edib. Bu, Rusiyaya Əliyev-Putin-Paşinyan görüşünün keçirilməsi fürsəti verir. Hətta üçtərəfli formatda görüş rəsmi şəkildə baş tutmasa belə, Putinin Əliyev və Paşinyanla sülh sazişi üzərində müəyyən müzakirələr aparacağı mümkündür.
Sankt-Peterburqda mümkün görüşlə bağlı əsas məqam Rusiyanın tərəflərlə nəyi müzakirə edə biləcəyidir.
Moskvanın sülh sazişində vasitəçiliyini şərtləndirəcək iki məsələ mövcuddur:
- sərhədin delimitasiyası: sovet xəritələri Rusiya Baş Qərargahındadır;
- kommunikasiyanın açılması: Azərbaycanın bununla bağlı istəyi və rusların "istinad nöqtəsi" 10 noyabr bəyanatıdır;
Hərçənd, hər iki məsələ üzərində artıq kifayət qədər korrektlər edilib: ikitərəfli formatın önə çıxması fonunda Bakı və İrəvan delimitasiyanı sonraya saxlamaq haqda müzakirə aparır; 10 noyabr bəyanatı de-fakto qüvvədən düşüb və Bakı Naxçıvana “maneəsiz çıxış” məsələsində “Azərbaycandan Azərbaycana prinsipini” irəli sürür;
Bu baxımdan, Putinin Əliyev və Paşinyanla sülh sazişi üzərində müzakirə aparacaq konkret məsələnin qalmadığı görünür. Lakin Putinin tərəflər arasında “hakim” rolunu yenidən ön plana çıxarmaq fürsətindən istifadə etməyə çalışacağı da aydındır. Və əsas müzakirəni kommunikasiyanın açılması, açılacaq yollarda Rusiyanın iştirakçılığını təmin etmək üzərində qura biləcəyi ehtimalı var.
Sankt-Peterburqda üçtərəfli formatda rəsmi, yaxud qeyri-rəsmi təmaslar olarsa, bu, sülh sazişi üzərində hansısa irəliləyişin əldə edilməsi yox, Rusiyanın Qərb qarşısında “bir addım” önə çıxması ola bilər, xüsusilə Qərb platformasında görüşə nail ola bilmədikləri təqdirdə, Moskvanın bunu etməsi fonunda. İstisna deyil ki, Peterburqda mükün görüş Qərbi üçtərəfli təmasların təşkili istiqamətində hərəkətləndirəcək.
Lakin bu mübarizədə ən mümkün həll yolu Bakının irəli sürdüyü variant ola bilər: Əliyev ikitərəfli formatın üzərində dayanmaqla Qərbə Rusiya vasitəçiliyinin önə çıxamayacağını göstərdi və müəyyən qədər də olsa, razılaşdırdı, eyni yanaşma ilə - Qərb platformasına getməməklə Moskvanın da Bakı-İrəvan sülh danışıqlarına aktiv müdaxiləsinin qarşısını ala bilər.
Asif Nərimanlı
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






