Nida Təhlil
Azərbaycan polisinin fədakarlıq hekayəsi: onlar niyə atəş açmadılar?
İyulun 24-də bütün ölkə üç polisin bir ailəni xilas etmək üçün öz həyatlarını qurban verməsi xəbəri ilə oyandı. Dəhşətli, həm də qəhrəmanlıq hekayəsidir bu. Bu, Azərbaycan polisinin fədakarlığının son nümunələrindən idi və sonuncu olmayacağı da bəllidir. O da bəllidir ki, hər gün, hər saat asayişin keşiyində dayanan polislərimiz biz bilməsək də, görməsək də, hər an fədakarlıq edir.
Xəzər rayonunun Şüvəlan qəsəbəsində hər şeydən öncə baş verən hadisə isə qəddarlığı ilə dəhşətli idi. Çünki cinayətkar öz ailəsini, hətta yaşlı anasını belə qalxan kimi istifadə etmişdi. Əvvəllər dəfələrlə məhkum edilmiş və axtarışda olan Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən, silahlı müqavimət göstərib, nəticədə üç polis əməkdaşı – kapitan Eldəniz Məmmədov, serjant Mahir Ağayev və serjant Mirəli Heydərov həlak olublar.
Bu hadisə haqda müxtəlif iddialar irəli sürüldü, hətta konspiroloji fikirlər belə səsləndi. Əsas sual belə idi ki, üç polis əməkdaşı bir cinayətkarı necə zərərsizləşdirə bilməyib, necə olub ki, cinayətkar üç polisi qətlə yetirə bilib?
Azərbaycan polisinin peşəkarlığını, o cümlədən, I və II Qarabağ müharibəsində odun-alovun içində döyüş təcrübəsini nəzərə alanda, bu məqam düşündürücü idi, lakin mütləq bir əsasın olduğu da aydındır. Yayılan məlumatların analizi hadisənin təfərrüatlarını anlamağa imkan verir.
Polis əməkdaşları axtarışda olan Rövşən Allahverdiyevi saxlamaq üçün Şüvəlan qəsəbəsində olduğu evə gedib. Hər kəs bilir ki, Azərbaycan polisi şübhəlini saxlayarkən, əvvəlcə sivil qaydada hərəkət edir, şəxsi qanunlara tabe olmağa dəvət edir. Digər tərəfdən, Azərbaycan polisi qanunlarla yanaşı, milli mentaliteti də unutmur. Əgər bir şəxsin ailəsinin olduğu evinə gedirlərsə, yaxud yanında ailəsi, yaxınları varsa, bu məqam da nəzərə alınır. Polislərimizin vətəndaşla davranış qaydalarında da bu prinsip əsas amillərdəndir. Rövşən Allahverdiyev də saxlanılarkən, bu prinsiplər qorunub və təbii olaraq, polis əməkdaşları cinayətkarın dəhşətli əmələ əl atacağını düşünməyiblər. Axı necə olur ki, bir şəxs öz ailəsini, yaşlı anasını qalxan kimi istifadə etsin?!
Məlumatlardan aydın olur ki, R.Allahverdiyev polislərin sivil qaydada müraciətindən sonra əşyalarını götürmək adı ilə evə daxil olub və əşyaları əvəzinə odlu silahı götürərək, hücum edib. Hücum edərkən də onunla birlikdə əvvəldən qapıya çıxmış ailəsini qalxan kimi istifadə edib. Hətta məlumatlara görə, odlu silahı yaşlı anasının çiyninə qoyaraq, polislərə atəş açıb.
Sual yaranır: polislər bu atəşə adekvat reaksiyanı necə verə bilərdilər?
Birincisi, R.Allahverdiyevin əşyalarını götürmək adı ilə girdiyi evdən odlu silahla çıxacağını və yaşlı anasından sipər kimi istifadə edərək, atəş açacağını heç kim düşünə bilməzdi, o cümlədən, polislər. Axı bu filmlərdə belə rast gəlinməyən qəddarlıqdır.
İkincisi, polislərimiz həmin an adekvat cavab versəydi, Allahverdiyevlər ailəsi – cinayətkarın sipər kimi istifadə etdiyi yaşlı anası, o cümlədən, ailənin digər üzvləri hədəfə çevriləcəkdi: açılacaq cavab atəşinin sivil vətəndaşlara tuş gəlməmək ehtimalı sıfıra bərabərdir.
Üçüncüsü, yaşlı anasını sipər edəcək qədər qəddar olan cinayətkarın sağ qalımaq və qaçmaq üçün öz ailə üzvlərinə zərər verməyəcəyinə də heç kim zəmanət verə bilməzdi.
Hər şeyin bir an içində baş verdiyini təsəvvür etmək çətin deyil. Qətlə yetirilən üç polis əməkdaşının qərar vermək üçün bircə an zamanı olub. Onlar ya cavab atəşi ilə cinayətkarı zərərsizləşdirməli idi, bu halda cinayətkarın sipər etdiyi yaşlı ana və ailənin digər üzvlərinin həyatları təhlükə altına düşəcəkdi. Ya da vətəndaşları xilas etmək üçün özlərini qurban vermədi idilər. Onlar öz həyatlarını fəda etməyi seçdilər, vətəndaşların yaşaması üçün. Bu, Azərbaycan polisinin şərəfi və vicdanının bariz nümunəsidir.
Hərçənd, baş verən hadisədə polislərin vətəndaşların həyatını xilas etmək üçün öz həyatlarını fəda etməsini vicdansızcasına “qeyri-peşəkarlıq”, “bacarıqsızlıq” kimi göstərilməsi cəhdləri edilir. Belə iddiaları irəli sürənlərin bir qismi də Avropa paytaxtlarında gizlənmiş “söyüş müxalifəti”dir. Halbuki, nə onlar, nə də ölkə daxilində onlar kimi olanlar üçün məqsəd hadisənin motivi yox, polisin qaralanmasıdır. Üç polis əməkdaşı cinayətkarı zərərsizləşdirmək üçün hərəkətə keçsəydi, bunu “Azərbaycan polisi mülki vətəndaşların həyatını heçə saydı” kimi gstərəcəkdilər, yaxud fərqli bir ssenari baş versəydi, mütləq neqativ məqam tapmağa, yaxud neqativ iddialar irəli sürməyə çalışacaqdılar. Onların mahiyyəti budur. Bu hadisə - polislərimizin cinayətkarı saxlamaq üçün sivil qaydalardan istifadə etməsi və mülki şəxslərin həyatını xilas etmək məqsədilə özlərini qurban verməsi bir reallığı da əyani şəkildə göstərdi: Azərbaycan “polis dövləti” deyil, bu ölkədə polisin əsas qayəsi və vəzifə borcu ilk növbədə vətəndaşın təhlükəsizliyinin təmin edilməsidir.
Öz həyatlarını fəda edən polislərimiz üzərindən Azərbaycan polisinin imicini korlamağa cəhd edənlərin oturduğu Avropada, ümumilikdə bir çox ölkədə polislər fərqli hərəkət edirlər. ABŞ-da baş verənlər bunun əyani nümunəsidir. Bu ölkədə polisin limitsiz atəş açmaq hüquqi var və bir çox hallarda sivil vətəndaşlar əsassız yerə qətlə yetirilir. Çünki bu ölkələr “polis dövləti”dir. Eyni hadisə ABŞ-da, yaxud başqa bir ölkədə olsaydı, polis cinayətkarı zərərsizləşdirmək üçün mülki vətəndaşların zərər görməsinə fikir verməyəcək, dərhal atəş açacaqdı. Bu onlar üçün “peşəkarlıq”dırsa, Azərbaycan polisi üçün vicdansızlıqdır. Eldəniz, Mahir və Mirəlinin də vicdanı mülki insanların zərər görməsinə əl vermədi və onlar vətəndaşı qorumaq üçün həyatlarını fəda etməyi seçdilər.
Asif Nərimanlı
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi