Nida Təhlil
İrəvanın sentyabrda Bakıya qarşı planlaşdırdığı hücum planı ortaya çıxdı - DETALLAR
Ermənistanda Bakıda həbsdə olan separatçıların buraxılması üçün COP-29 tədbirini fürsət olaraq görürlər.
Publika.az xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsində “erməni hərbi əsirlərin” (söhbət separatçılardan gedir) maraqlarını təmsil edən hüquq müdafiəçisi Siranuş Saakyan COP-29 ərəfəsində Azərbaycana qarşı “insan haqları” və “demokratik dəyərlər” məsələsi üzərindən beynəlxalq təzyiq kampaniyası başlatmağı təklif edir.
S.Saakyan bildirib ki, Ermənistan COP-29 tədbirinə ev sahibliyi etmək məsələsində Azərbaycana dəstək verməklə qarşılığında 32 ermənini geri qaytara bildi.
“32 erməni iki azərbaycanlı əsgərlə dəyişdirildi, lakin burada COP-29 tədbiri mühüm rol oynayıb. Tədbirin Azərbaycanda keçirilməsinə artıq qərar verilib, biz yaranmış fürsətdən istifadə etməli, beynəlxalq diqqəti demokratiyaya, insan haqlarına yönəltməliyik. Tədbirin qanuni şəkildə baş tutması üçün “erməni hərbi əsirlər” (separatçılar-red) məsələsinin həllini aktuallaşdırmaq olar”, - Saakyan bildirib və bununla COP-29 zamanı Azərbaycana yönələcək beynəlxalq diqqəti “demokratiya”, “insan haqları” kimi məsələlərə yönəltməyi və rəsmi Bakıya bu məsələ üzərində təzyiq etməyi təklif edir.
O hesab edir ki, Azərbaycan beynəlxalq reytinqini nəzərə alaraq, tədbirin rahat təşkilinə zəmanət almaq üçün müəyyən jest edə və Bakıda həbsdə olan ermənilərin hamısını İrəvana qaytara bilər.
Saakyan təklif edir ki, Azərbaycana qarşı kampaniyaya sentyabr-oktyabr aylarında başlasınlar.
“Əgər bir sıra beynəlxalq tərəfdaşlar bu kampaniyaya qoşulsalar və COP-29 tədbirində iştirak üçün ilkin şərt kimi ermənilərin geri qaytarılmasını irəli sürsələr, Azərbaycan təzyiqlə üzləşəcək və bu problemi qismən də olsa həll edəcək”, - o bildirib.
Asif
-
Qoroskop02:18Günün ulduz falı: gözlənilməz bir zəng günün axarını dəyişəcək
-
İdman02:00Nazirlər “Sabah” - “Barselona” oyununu izlədilər - Foto/Video/Yeniləndi
-
Hadisə25 Noyabr 23:55Azərbaycanda vulkan püskürdü
-
İdman25 Noyabr 23:37"Sabah" "Barselona"ya məğlub oldu - Yeniləndi
-
İdman25 Noyabr 19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin125 Noyabr 19:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ25 Noyabr 16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm25 Noyabr 15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?



























.jpg)









