Nida Təhlil
Bu liderin gəlişindən öncə... - Ermənistan Naxçıvana niyə indi hücum etdi?
Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozması iyun ayından etibarən aktiv mərhələyə keçən “sərhəd planı”nın tərkib hissəsidir və məqsəd Bakıya təklif etdikləri “atəşkəsə nəzarət mexanizmi”nin aktivləşdirilməsidir.
Daha öncə də bu haqda yazmışdıq: Ermənistan belə bir mexanizmlə şərti sərhədlərin dəyişməsi, xüsusilə mümkün hərbi ssenari ilə yenidən çəkilməsi perspektivinə qarşı “qalxan” əldə etmək niyyətindədir. Bu “qalxana” - İrəvanın təklif etdiyi mexanizmə beynəlxalq nəzarətin cəlb edilməsi ilə nail ola bilərlər. Və bu ssenaridə Qərb ölkələrinin, xüsusilə ABŞ-ın hədəfi “nəzarət” adı altında qüvvələrini Azərbaycan-Ermənistan sərhədinə yerləşdirmək, bölgədəki mövqelərini gücləndirməkdir.
Planın ABŞ tərəfindən hazırlandığı istisna deyil. Vaxtilə Qarabağda tətbiq etmək istədikləri planı indi sərhəddə həyata keçirmək istəyirlər. İrəvan “ev tapşırığı” təklifini Bakıya çatdırmaqla yanaşı, bu təklifi aktual saxlamaq üçün təxribatlar da törədirlər.
“Niyə indi” sualının cavabını Putinin gözlənilən Bakı səfərində axtarmaq olar. Bakı-Moskva münasibətləri, xüsusilə regionda güc balansı uğrunda bu qədər açıq mübarizənin getdiyi vaxtda, həm Ermənistanı, həm Qərbi – ABŞ-ı narahat edir. İrəvan üzərindən tətbiq edilən planın hədəfi Rusiyanın bölgədə sıxışdırılmasıdırsa, Bakı olmadan güc balansını dəyişmək çətindir. Sərhəd təxribatı və bununla aktuallaşdırılan “mexanizm təklifi” ilə Azərbaycanın mövqeyinə təsir etməyə çalışdıqları vaxt Bakı-Moskva xəttindəki təmaslar onların hədəfləri kontekstində hadisələrin inkişafına mənfi təsir edir. Görünür, Naxçıvan istiqamətində baş verənlər Bakıya “xəbərdarlıq atəşi”dir. Və davamlı olacağı, xüsusilə yaxın günlərdə intensiv xarakter alacağı da mümkün gözləntilərdəndir.
Asif
-
Qoroskop02:18Günün ulduz falı: gözlənilməz bir zəng günün axarını dəyişəcək
-
İdman02:00Nazirlər “Sabah” - “Barselona” oyununu izlədilər - Foto/Video/Yeniləndi
-
Hadisə25 Noyabr 23:55Azərbaycanda vulkan püskürdü
-
İdman25 Noyabr 23:37"Sabah" "Barselona"ya məğlub oldu - Yeniləndi
-
İdman25 Noyabr 19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin125 Noyabr 19:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ25 Noyabr 16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm25 Noyabr 15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?



























.jpg)









