Nida Təhlil
Bakı ilə İrəvan arasında birbaşa dialoq: Rusiya müdaxilə edəcək?
“Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlarla bağlı razılıq əldə ediləcəyi təqdirdə Rusiyanın bu prosesə müdaxilə edəcəyini zənn etmirəm”.
Bu sözləri Publika.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
Onun sözlərinə görə, əslində, Azərbaycan və Ermənistan arasında ikili formatda iş ideyası ilə bağlı yeni heç nə yoxdur:
“İki ölkə arasında heç bir vasitəçi olmadan birbaşa danışıqların aparılması ideyası hər zaman Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəklənib. Rusiyanın Ermənistanın baş naziri Nikol Paşinyanın da bu yanaşmasından qıcıqlanacağını düşünmürəm”.

Diplomat qeyd edib ki, bir neçə ildir Rusiya ilə Ermənistan arasında münasibətlər pisləşən templə davam edir: “Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov, daha sonra isə XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Nikol Paşinyanı Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən Zəngəzur dəhlizini açmadıqları üçün tənqid ediblər. Paşinyan bunu qəzəblə qarşıladı və Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan arasında vasitəçilik təklifini rədd etdi”.
Roza Şəfiyeva
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı


















.jpg)






.jpg)












