Nida Təhlil
Paşinyanın Rusiyadan tələbi: Azərbaycanla münasibətlərimizə qarışma! - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşması üçün birbaşa danışıqlara üstünlük verir. Bundan əlavə, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan-Ermənistan sərhədində görüş keçirməyə hazır olduğunu da qeyd edib.
Onun sözlərinə görə, iki ölkə arasında sülh sazişi üzərində ikili formatda aparılan iş effektivdir.
Mövzu ilə bağlı Publika.az-a danışan ehtiyatda olan general Yücel Karauz bildirib ki, Paşinyanın son bəyanatları Azərbaycana deyil, Rusiyaya verilən cavabdır.
O əlavə edib ki, Ermənistan Qərbin piyadası kimi tələb və istəklərini Rusiyaya çatdırır:
“Bir sözlə, Paşinyan Rusiyaya deyir ki, bundan sonra Azərbaycanla münasibətlərimizə qarışma və vasitəçi olma. Paşinyanın bu açıqlamalarından sonra Putinin Azərbaycana gəlməsi də maraqlı faktdır. Bütün bunlara baxmayaraq Ermənistanın Rusiyanı bu qədər qısa müddətdə danışıqlardan uzaq tutması mümkün deyil. Həm daxili, həm də xarici səbəblər buna uyğun deyil.

Qərbə kor-koranə inanan, güvənən ölkələrin vəziyyətini hamı çox yaxşı bilir. Paşinyanın qeyri-səmimi, ikiüzlü açıqlamarı Qərbin məqsədlərinə xidmət edən, sülh istəməyən, vaxt qazanmaq istəyən dövlət başçısının münasibətidir. Bu, nə Paşinyana, nə də Ermənistana xeyir verəcək”.
Aysel Şahmar
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı


















.jpg)






.jpg)












