Nida Təhlil
Erməni puluna oynayan Zatulin Bako Saakyanla kamera yoldaşı olmaq istəyir
Ermənistan bir üzünə tüpürsə də, o biri üzünü çevirən təxribatçı Konstantin Zatulin Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra Bakı və Moskva arasında nifaq salmağa çalışır. Zatulin Dumanın üzvüdür, ermənipərəst mövqeyi ilə məşhurdur, indiyə qədər erməniləri müdafiə etməsi Rusiyanın Ermənistanda, dolayısı ilə Cənubi Qafqazda maraqlarına hesablanmış kimi görünürdü, yaxud belə göstərməyə çalışırdı. Lakin indi vəziyyət tamamilə dəyişib.
- Ermənistan Rusiyanı faktiki olaraq, rəqiblərinə - Qərbə satıb;
- Rusiyanın Cənubi Qafqaz siyasətində Azərbaycanla strateji əməkdaşlıq ön plandadır: Putinin Bakı səfəri və verilən mesajlar bunu bir daha isbat etdi;
- Ermənilər bir əsr öncə etdikləri satqınlığı indi Rusiyaya qarşı edirlər.
Zatulin isə Duma üzvlüyünün ona verdiyi imtiyazlardan – toxunulmazlıqdan istifadə edərək, nəinki erməni maraqları uğrunda mübarizə aparır, həm də Azərbaycana qarşı separatizmi körükləyir və iki ölkə arasında nifaq toxumları səpməyə çalışır. Zatulinin artıq mövcud olmayan separatçı rejimin “yubileyi” münasibətilə etdiyi müraciət və səsləndirdiyi fikirlər bunun bariz nümunəsidir.
Rusiya Dövlət Dumasının təxribatçı deputatı Qarabağda ləğv edilmiş qondarma rejimi “artsax respublikası” adlandırır, Azərbaycan ərazisinin “erməni torpağı” olduğunu deyir, həbs olunan separatçıların xiffətini çəkir, ermənilərin bir gün Qarabağa yenidən “sahib” olacağına, separatçıların – Arkadi Qukasyanın, Bako Saakyanın, Ruben Vardanyanın azad olunacağına ümid edir. Və bir daha təsdiq edir ki, onun üçün Rusiya maraqları yox, ermənilərin verdiyi pullar vacibdir.
Rusiyalı təxribatçı Azərbaycana qarşı açıq şəkildə separatizmlə məşğuldur və bunu məhz Dumanın mandatı altına edir. Burada aydın görünür ki, Zatulinin məqsədi təkcə Ermənistanın özü üçün də maraqlı olmayan separatçıların “xiffətini çəkmək” deyil, həm də Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaqdır. Təbii ki, ermənipərəst təxribatçının bu oyunu baş tutmayacaq. İndiyə qədər belə cəhdləri çox olsa da, buna nail ola bilməyib. Mövcud vəziyyətdə - Bakı və Moskvanın strateji müttəfiqliyi fonunda Zatulinin təxribatı “karvanın arxasınca hürən itin” yarada biləcəyi effektdən başqa bir şey olmayacaq. Çünki Qarabağda separatizm bir daha “dirilməyəcək” şəkildə məhv edilib, Azərbaycan öz suverenliyini təmin edib. 2 sentyabr tarixi də İrəvana qaçmış və Ermənistan hakimiyyəti tərəfindən də küncə atılmış bir ovuc separatçıdan, bir də onlarla eyni mahiyyətə sahib olan Zatulin kimilərdən başqa heç kimə maraqlı deyil, hətta ermənilərin özləri üçün də bu məsələ bitib. Görünür, Ermənistandan qovulan Zatulin separatizmi dəstəkləməklə indiyə qədər istifadə etdiyi “gəlir mənbəyini” itirmək istəmir. Lakin bu, Zatulinin özünün “xiffətini çəkdiyi” Bako Saakyanın, Ruben Vardanyanın, Arkadi Qukasyanın yanına gəlməsi imkanlarını sıradan çıxarmır.
Rusiya və Azərbaycan arasında 2022-ci ildə imzalanmış strateji müttəfiqlik haqqında bəyannamə Zatulinin Bakıya – separatçıların yanına gətirilməsinə əsas verir. Bəyannaməyə görə, tərəflər – Rusiya və Azərbaycan separatizmə qarşı birgə mübarizə aparmaqda, öz ərazilərində bir-birinə qarşı separatizm fəaliyyətinə imkan verməməkdə razılaşıb. Zatulin susmasa və separatizmə davam edərsə, darıxdığı separatçılarla - Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyanla Bakıda kamera yoldaşı ola bilər.
Asif Nərimanlı
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO