Nida Təhlil
Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı “özəl şirkət” planının ŞİFRƏLƏRİ
Ermənistan Zəngəzur dəhlizində təhlükəsizliyin təmin edilməsini beynəlxalq özəl şirkətə verilməsinin istisna edilmədiyini gündəmə gətirib.
Özəl şirkətin missiyası Naxçıvana maneəsiz keçidin “Azərbaycandan Azərbaycana prinsipi” üzrə açılacağı təqdirdə, Azərbaycandan gedən sərnişinlər və daşınan yükləri müşaiyət etmək ola bilər. Kommunikasiyanın açılmasında Ermənistanın “suverenlik tələbini” dəstəkləyən Qərb anlayır ki, Azərbaycanın maneəsiz keçid istəyi nəzərə alınmasa, bölgədəki planlarının icrası mümkün olmayacaq. Bu baxımdan:
- Kommunikasiyanın İrəvan və Bakının razılaşacağı variantla açılmasına nail olmağa çalışır;
- Azərbaycanın Naxçıvana çıxışı üçün “yaşıl dəhliz” yaradır, üçüncü tərəflər isə bu yoldan Ermənistanın yoxlaması ilə istifadə edir;
- Təhlükəsizliyin özəl şirkətə həvalə edilməsi Ermənistanın “suverenlik prinsipi”nin qorunduğu, bu ölkə ərazisində üçüncü ölkənin qüvvələrinin iştirak etmədiyi görüntüsünü yaratmaq məqsədi daşıyır;
Və bu ssenari ilə Rusiyanı bölgədə sıxışdırırlar. İrəvanın “özəl şirkət”lə bağlı açıqlamasının Rusiyanın kommunikasiyanın açılması, ümumilikdə Bakı-İrəvan sülh danışıqlarında təşəbbüsü ələ almaq istiqamətində aktivləşdiyi vaxt gündəmə gəlməsi təsadüfi deyil.
Zəngəzur dəhlizində dayanacaq “özəl şirkət”in tərkibinin ABŞ hərbi qüvvələrindən, yaxud bir neçə Qərb ölkəsinin birləşmiş qüvvələrindən ibarət olacağı istisna deyil. Pentaqonun Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri Patrik Prayorun Bakıya səfəri də bununla bağlı ola bilər. Vaşinqton Naxçıvana maneəsiz keçiddə təhlükəsizliyin özəl şirkət tərəfindən təmin edilməsi məsələsini Bakı ilə razılaşdırmaq istəyir.
Asif Nərimanlı
-
Qoroskop02:18Günün ulduz falı: gözlənilməz bir zəng günün axarını dəyişəcək
-
İdman02:00Nazirlər “Sabah” - “Barselona” oyununu izlədilər - Foto/Video/Yeniləndi
-
Hadisə25 Noyabr 23:55Azərbaycanda vulkan püskürdü
-
İdman25 Noyabr 23:37"Sabah" "Barselona"ya məğlub oldu - Yeniləndi
-
İdman25 Noyabr 19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin125 Noyabr 19:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ25 Noyabr 16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm25 Noyabr 15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?




























.jpg)








