Nida Təhlil
Əli Kərimli erməni lobbisinin ruporu rolunda: Bakıya qarşı “COP-29 planı”na start verilir
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, erməni lobbisinin ən fəal üzvlərindən olan, ötən ilin bu tarixlərində Qarabağdakı separatçıların tör-töküntülərinin müdafiəsinə qalxan Ben (Benjamin) Kardin Vaşinqtondan çağırış edib ki, “Azərbaycan COP-29 tədbiri ərəfəsi siyasi məhbusları azad etməlidir”. Bakıda oturan AXCP sədri Əli Kərimli də erməni lobbisinin çağırışına alqış tutur, hətta utanmadan bunu “öz əməyi” kimi təqdim edir.
Azərbaycanda “siyasi məhbusun” olmadığı, Əli Kərimlinin adını çəkdiyi şəxslərin hər birinin konkret cinayət üzrə məsuliyyətə cəlb edildiyini Vaşinqtonda da bilirlər. Lakin bu şəxslər məhz ABŞ-ın Azərbaycanda qurduğu şəbəkənin üzvləri olduğu üçün “siyasi məhbus” qiyafəsində təqdim edilir, məsələni siyasiləşdirərək, rəsmi Bakıya təzyiq etməyə çalışırlar. Bu məsələdə erməni lobbisinin aktiv fəaliyyəti də təsadüfi deyil, çünki qondarma “siyasi məhbus” kimi təqdim etdikləri şəxslər həm də bu lobbinin, yəni erməni diasporunun Azərbaycana qarşı planlarında aktiv yer alır. İndi COP-29 tədbiri ərəfəsində dünyanın Azərbaycana yönələn diqqətini öz maraqlarına uyğun yönləndirməyə cəhd edirlər.
Əli Kərimli Azərbaycana qarşı planın hansı hissəsində yer alır?
Ben Kardinin kimliyi bu sualın cavabını çılpaqlığı ilə ortaya çıxarır. Merilend ştatından olan Kardin 2007-ci ildən ABŞ Senatının xarici Əlaqələr Komitəsinin üzvü olub. Komitənin sədri, ermənipərəst konqresmen Bob Menendez rüşvət aldığı üçün postunu tərk edəndən sonra onu əvəzləyib. Lakin Kardin ermənipərəst möqveyinə görə Menendezdən geri qalmır. ANCA-nın (Amerika Ermənilərinin Milli Konqresi) fəxri üzvləri arasında yer alan Kardin qondarma “erməni soyqırımı”nın aktiv müdafiəçilərindəndir. 44 günlük müharibə dövründə Azərbaycana qarşı erməni lobbisinin apardığı kampaniyada da aktivliyi ilə seçilib. 2022-ci ilin sentyabrında erməni təxribatından sonra sərhəddə baş verən toqquşmalarda və sonrasında bütün Qərb ölkələrini Azərbaycana təzyiq etməyə çağırırdı.
“Mübaliğəsiz, Azərbaycan Ermənistanın strateji hissəsini işğal edir. Beynəlxalq ictimaiyyət tərəfindən çox böyük təlaş görmürəm” sözləri məhz Əli Kərimlinin sevinclə dəstəklədiyi Kardinə məxsusdur.
Kardinin Azərbaycana qarşı hücumları bununla da bitmədi. 2023-cü ildə Qarabağda separatizmin ləğvi və suverenliyimizin bərpası prosesində Kardin ABŞ Senatındakı mandatından erməni separatçılarının müdafiəsi məqsədilə istifadə etdi və Azərbaycana qarşı qondarma “etnik təmizləmə” kampaniyasına qoşuldu. Amerikalı konqresmen Bakıda həbsdə saxlanılan separatçıların azad edilməsi istiqamətində bu gün də fəal şəkildə çalışır, bu məqsədlə Azərbaycana beynəlxalq təzyiqin edilməsi üçün əlindən gələni edir. İyul ayının əvvəlində isə Kardin ANCA-nın təşkilatçılığı ilə ermənipərəst konqresmenlərdən ibarət heyətin tərkibində Ermənistana səfər etmişdi. Onun erməni lobbisinin fəal üzvü olduğu və ermənilərin maraqlarının müdafiəsi üçün daşıdığı vəzifəsindən istifadə etdiyi məlum məsələdir. Azərbaycana qarşı son çağırışında isə məlum olur ki, AXCP sədri Əli Kərimli erməni lobbisinin Bakıdakı ruporu rolunda çıxış edir. Bunun AXCP sədrinin köhnə mərəzi olan “hədəfə gedən yolda hər şey mübahdır” mövqeyindən qaynaqlandığı aydındır. Lakin hər şeyin bununla məhdudlaşmadığı, Əli Kərimlinin ermənilərin və dəstəkçilərinin Azərbaycana qarşı qurduğu “COP-29 planını” icra etdiyini deməyə əsas verən detallar mövcuddur.
COP-29 tədbiri ərəfəsində Azərbaycana qarşı qondarma “siyasi məhbus” məsələsinin gündəmə gətiriləcəyi və rəsmi Bakıya təzyiqlərin ediləcəyi gözləntiləri vardı. Anti-Azərbaycan qüvvələrin məqsədi bölgədəki maraqlarının təmin edilməsi üçün rəsmi Bakıya təzyiq etməkdirsə, bu qüvvələrlə sinxron fəaliyyət göstərən erməni diasporu/lobbisinin hədəfi Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan kimi separatçıların azad edilməsinə nail olmaqdır. Hələ ötən ay bununla bağlı Ermənistan mediasında anons verilmişdi.
Avropa İnsan Haqları Məhkəməsində “erməni hərbi əsirlərin” (söhbət separatçılardan gedir) maraqlarını təmsil edən hüquq müdafiəçisi Siranuş Saakyan avqustun 17-də Ermənistan mediasına açıqlamasında bildirdi ki, COP-29 ərəfəsində Azərbaycana qarşı “insan haqları” və “siyasi məhbus” məsələsi üzərindən beynəlxalq təzyiq kampaniyası başlamağı planlaşdırırlar.
“Azərbaycana qarşı kampaniya sentyabr-oktyabr aylarında başlayarsa, effektiv ola bilər. Əgər bir sıra beynəlxalq tərəfdaşlar bu kampaniyaya qoşulsalar və COP-29 tədbirində iştirak üçün ilkin şərt kimi ermənilərin geri qaytarılmasını irəli sürsələr, Azərbaycan təzyiqlə üzləşəcək və “erməni əsirləri” (Bakıda həbsdə olan separatçılar-red) azad edəcək”, - o deyib.
Xankəndidən İrəvana qaçan separatçıların təmsilçilərindən olan Artak Beqlaryan da iki gün öncə erməni diasporuna bununla bağlı çağırış etdi.
“Bakıda həbsdə olan “liderlərin” (separatçılar-red) azad edilməsi üçün COP-29-a qədər Azərbaycana qarşı beynəlxalq təzyiqi gücləndirmək, beynəlxalq ictimaiyyətin diqqətini insan haqlarının pozulmasına yönəltmək imkanları var. Diaspordakı soydaşlarımız beynəlxalq təzyiqi artırmalı, həmçinin, hökumətlərə təsir etmək üçün informasiya kampaniyası aparmalı, müxtəlif təşkilatların diqqətini bu mövzuya yönəltməlidir”, - o qeyd edib.
Hadisələrin inkişafı fonunda verilən bu açıqlamalar COP-29 tədbiri ərəfəsində anti-Azərbaycan planının hazırlandığını təsdiq edir. Bu planın şifrələri də aydın görünür:
- COP-29 tədbiri ərəfəsində beynəlxalq diqqəti qondarma “siyasi məhbus” planına yönəltmək;
- Qeyri-qanuni fəaliyyətə görə məsuliyyətə cəlb edilən ABŞ-ın Azərbaycandakı məlum şəbəkəsinin üzvlərinin sərbəst buraxılmasına nail olmaq;
- Buna paralel olaraq, separatçıların Ermənistana təhvil verilməsi üçün Bakıya qondarma “siyasi məhbus” ittihamları ilə təzyiq etmək, bu məqsədlə beynəlxalq qarayaxma kampaniyasına başlamaq;
Ermənipərəst konqresmeninin “COP-29 ərəfəsində Azərbaycan “siyasi məhbusları” azad etməlidir” açıqlaması bu plana start verildiyini göstərir. Əli Kərimli də erməni diasporu/lobbisinin müəllifi olduğu anti-Azərbaycan planının daxildəki icraçısı rolunda çıxış edir. Çünki beynəlxalq kampaniyanı inandırıcı göstərmək üçün Azərbaycan daxilində eyni ittihamları səsləndirənlər və ictimai rəyi manipulyasiya edənlər lazımdır. Əli Kəriml bu işdə “zəngin təcrübəyə malikdir. Vaxtilə ABŞ Helsinki Komissiyasında ermənipərəst konqresmen Adam Şiftin Azərbaycana qarşı tərbiyəsiz ittihamlarını ayaq üstə alqışlayanlar, Azərbaycanı aşağılamaq üçün erməni diasporu/lobbisinə bağlı senatorlar, konqresmenlər və siyasətçilərin əlaltısına çevrilənlər indi də Kardin kimi ermənipərəst konqresmenlərə əl çalır. Bu, Əli Kərimlinin 30 illik fəaliyyətinin prioritet xəttidir.
Publika.az
-
Dünya01:55
Ukrayna Rusiyanın 400 "Şahed" PUA-sını saxladığı bazaya hücum etdi
-
Hadisə01:35
Qəzada ölən polis zabitinin FOTOSU
-
Qoroskop00:35
Günün qoroskopu: gözəl fürsətlər yaranacaq
-
Hadisə9 Oktyabr 22:44
Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
-
Dünya9 Oktyabr 22:32
“İrana cavabımız ölümcül olacaq” - İsrail
-
Magazin19 Oktyabr 20:35
Azərbaycanlı aktyorun toyundan görüntülər - VİDEO
-
Nəqliyyat9 Oktyabr 20:15
Taksilərlə bağlı yeni QADAĞA: Bu maşınların istifadəsi dayandırıldı
-
Hadisə9 Oktyabr 19:55
Bakıda intihar edən şəxs müəllim imiş - FOTO