Nida Təhlil
İrəvanla keçidi açan Ankara Bakının nəbzini yoxlayır?

“Marqara” keçid məntəqəsinin açılması Ermənistan-Türkiyə sərhədinin açılması olmasa belə, Bakıda haqlı suallar yaradır.
- Keçid məntəqəsinin açılması Ankara-İrəvan xəttində münasibətlərin normallaşması ilə bağlı aparılan danışıqların - “Marqara” məntəqəsinin inşası, Türkiyə-Ermənistan rəsmilərinin sərhəddə görüşü, türkiyəli jurnalistlərin İrəvanda Paşinyanla xoşniyyətli müsahibəsinin məntiqi nəticəsidir: Türkiyə bu danışıqlarla bağlı Azərbaycanı niyə məlumatlandırmayıb?
- Ankara sərhədləri bağlı saxlasa da, Ermənistandan Türkiyəyə və əksinə yük daşımalarının, eləcə də səyahətlərin olduğu məlumdur: hər şey həqiqətən Ermənistanın “Suriyaya humanitar yardım aparması”ndan ibarətdirsə, niyə indiyə qədər istifadə edilən yollardan yox, məhz “Marqara”dan keçirlər?
“Marqara” sərhəd-keçid məntəqəsi Avropa İttifaqının maliyyəsi ilə inşa edilib. Məqsəd Türkiyə ilə sərhədin açılması məsələsində Ermənistanın “ev tapşırığını” yerinə yetirməsi və Ankaranı “hər şey hazırdır” faktı qarşısına qoymaq idi. Çünki:
- Ermənistanın Avropaya inteqrasiya siyasətinin praktiki nəticəsi Türkiyə ilə sərhədin açılmasından keçir;
- Cənubi Qafqazda Ermənistanı platforma kimi istifadə edən Aİ-nin regionda mövcudluğunu davam etdirməsi də İrəvanın “yolunun açılması”dır;
İrəvanda olduğu kimi, Brüsseldə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan amilinin rol oynamasına qarşıdırlar. Və bu, indi yox, Qarabağın işğalı dövründə də belə idi. Məlum Sürix protokolları, məlun “futbol diplomatiyası” və Türkiyədə Qərb sərmayəsinə bağlı media orqanlarında Ermənistanla sərhədin açılması məsələsinə “Morte Alle Francia, İtalia Anela” - MAFİA (Fransa ölsün, İtaliya rahatlasın) yanaşması yaxın keçmişin tarixidir. Azərbaycan və Türkiyə ictimaiyyətinin etirazı bu prosesin qarşısını aldı, daha sonra Ankara-Bakı xəttində problemlər aradan qaldırıldı və bunun hər iki ölkənin, həm də türk dünyasının dərin inteqrasiyasında mühüm rolu oldu. İndi “Marqara” keçid məntəqəsinin açılması Türkiyədə “Azərbaycan olmadan Ermənistanla münasibətlərin normallaşması” xəttinin rəsmi səviyyəyə yüksəlməsidirmi? - Bakının cavab axtardığı suallardan biri məhz budur. Çünki “Suriyaya humanitar yardım” məsələsi bu prosesdə kamuflyaj rolunu oynayır və yüklərin “Marqara”dan keçidi Ankara-İrəvan xəttində Bakı olmadan yaxınlaşma perspektivinin “pilot layihəsi” hesab oluna bilər. Ankaranın bu gedişlə həm də Bakının nəbzini yoxlamağa çalışdığı da mümkün variantlar arasındadır. Lakin belə yanaşma nə Azərbaycan-Türkiyə münasibətlərinin ruhuna, nə də Şuşa Bəyannaməsinə - iki ölkənin xarici siyasətdə birgə hərəkət etmək strategiyasına uyğundur.
Türkiyədə bu layihə - Bakı olmadan İrəvanla normallaşma xətti önə çıxarsa, Ermənistan “nəfəslik” qazanacaq və Zəngəzur dəhlizi planına qarşı müqaviməti güclənəcək.
Asif Nərimanlı
-
İdman15:24
Abramoviç milyonlar verəndən sonra yoxa çıxan məşqçi: Azərbaycandan təklif alıbmış
-
Dünya15:18
Moskvaya gedən Əl Şaraanın Putindən nə tələb etdiyi bəlli oldu
-
Nida Xəbər 14:32
Ramiz Mehdiyevin şəxsi saytına giriş bloklandı
-
Rəsmi xronika13:18
İlham Əliyev üç fərman imzaladı
-
Sosial13:12
“Ramiz Mehdiyevin mənə nə dəxli var?” – Əli Həsənov danışdı
-
İdman12:25
Atası Lalənin sirrini açdı: Ağladı, çünki Bakı yadına düşmüşdü
-
Nida Xəbər 11:42
Ramiz Mehdiyevin ailə bankı ciddi zərər gördü
-
Nida Xəbər 10:18
Ramiz Mehdiyevin qızı bu vəzifənin sahibidir