Nida Təhlil
Prezident İlham Əliyev gələn il İrəvana gedə bilərmi?
Prezident İlham Əliyev gələn il İrəvana səfər edə bilərmi?
Avropa Siyasi Birliyinin (EPU) 2026-cı il sammitinin Ermənistanda, 2028-ci il sammitinin isə Azərbaycanda keçirilməsi ilə bağlı qərarın açıqlanmasından sonra erməni ictimaiyyətində bu sual müzakirə mövzusuna çevrilib.
EPU-nun gələn il Ermənistanda, üç il sonra Azərbaycanda keçirilməsi qərarı Bakı və İrəvanın bir-birinə qarşılıqlı dəstəyi ilə verilib. Bu qərarı verən Avropanın siyasi elitası Azərbaycan Prezidentinin EPU-nun İrəvan sammitində iştirakını istəyə bilər: bu, Avropanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında payının artması və Cənubi Qafqazda mövqelərinin güclənməsi baxımından sərfəlidir;
Əliyevin İrəvana getməsi Paşinyan hakimiyyətinin erməni cəmiyyətində müdafiə etdiyi “anti-müharibə tezisləri”ni gücləndirmək imkanlarını artıra bilər. Ermənistan müxalifəti isə belə bir səfərdən hakimiyyətə qarşı təbliğatda istifadə edəcək, xüsusilə sammitin olacağı 2026-cı ildə keçiriləcək seçkilər fonunda. Lakin Paşinyan da bundan seçki kampaniyasında yararlana və 44 günlük müharibədən sonra “anti-müharibə kampaniyası” ilə qazandığı seçki qələbəsini təkrarlaya bilər. EPU-nun 2026-cı il sammitini İrəvana təyin etməklə seçkidə Paşinyanın mövqelərini gücləndirmək istəyən Avropa elitası Azərbaycan prezidentinin mümkün səfərində həm də bu kontekstdə maraqlı ola bilər.
Hərçənd, Əliyevin İrəvan sammitində iştirak edib-etməməsində həlledici rolu Ermənistanla sülh sazişinin taleyi müəyyən edəcək. Ermənistan sammitə qədər Azərbaycanın tələblərini yerinə yetirsə və sülh sazişi Bakının şərtləri çərçivəsində imzalanarsa, Əliyevin İrəvana səfəri istisna edilməməlidir. Əks təqdirdə, belə bir ehtimal olduqca zəifdir. Burada İrəvanın tarixi Azərbaycan şəhəri olması faktı da nəzərə alınmalıdır: Əliyev üçün tarixi torpaqlarımıza Ermənistan üzərində hərbi müstəvidə olduğu kimi, diplomatik müstəvidə də tam qalib kimi daxil olmaq əhəmiyyətli amildir.
Lakin Paşinyan hakimiyyətinin ən azı seçki amilinə görə EPU-nun sammitinə qədər Azərbaycanın tələblərini tam icra edəcəyi gözləntisi azdır.
Asif Nərimanlı
-
Hadisə02:43Bakıda dəhşətli qəza: avtomobil iki yerə bölündü - Foto/Video
-
İdman02:00Dünya çempionu ola bilməyən Ronaldo göz yaşlarına boğuldu
-
Qoroskop01:20Günün ulduz falı: diqqət mərkəzində olacaqsız
-
Cənubi Qafqaz6 İyul 22:18Tbilisinin mərkəzində torpaq sürüşməsi
-
İdman6 İyul 21:39Tramp o məsələ ilə bağlı İnfantinoya zəng etdiyini təsdiqlədi
-
Hadisə6 İyul 20:48Mərdəkanda dənizdə bir ailənin 4 üzvü batdı - İkisi xilas olundu
-
ABŞ6 İyul 19:40İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq - Tramp
-
Hadisə6 İyul 19:10Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu































.jpg)






