Nida Təhlil
Sbiqanın Bakıya səfəri və Rusiyada məntiqsiz yanaşma - Məqsəd nədir?
Ukrayna xarici işlər naziri Andrey Sibiqanın Azərbaycana səfəri Rusiyanın informasiya sektorunda isterik formada şərh edilir, hətta heç bir əsası olmayan müxtəlif iddialar irəli sürülür. Rusiya mediasının irəli sürdüyü iddiaların ümumi proloqu “Ukraynalı nazirin Bakıya səfəri Moskvaya qarşı addımdır”, yaxud “Sibiqanın Bakıda qəbul edilməsi anti-Rusiya addımıdır” kimi məntiqsiz yanaşmalardan ibarətdir.
Birincisi, Azərbaycan müstəqil siyasət yürüdən suveren ölkə kimi istənilən ölkə ilə diplomatik münasibətlər qurmaq, müxtəlif sferalarda əməkdaşlıq etmək hüququna malikdir.
İkincisi, Azərbaycan Rusiya-Ukrayna müharibəsində neytral mövqe sərgiləyir və bu məsələdə həm Mosva, həm Kiyevlə eyni məsafədə dayanır: misal üçün, Ukraynanın ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun olaraq, dəstəkləyən Azərbaycan bu ölkəyə humanitar yardım edir, eyni zamanda, müharibəyə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb.
Üçüncüsü, Sibiqanın Bakıya səfəri, ümumiyyətlə Azərbaycan-Ukrayna münasibətləri iki ölkənin qarşılıqlı maraq doğuran məsələlərdə müzakirələr aparması baxımından təbiidir və bu, beynəlxalq münasibətlərdə qəbul edilmiş normal praktikadır.
İki ölkə arasında münasibətlərin tarixi yeni deyil və hər zaman yüksək səviyyədə olub. Burada hər iki ölkənin keçmiş SSRİ respublikası olması və keçmişdən gələn siyasi, iqtisadi, mədəni bağlar xüsilə önəmlidir. Eyni zamanda, hər iki ölkə ərazi bütövlüyünün pozulmasından əziyyət çəkib və bir-birini qarşılıqlı şəkildə dəstəkləyib. Bu məqam, eləcə də ikitərəfli münasibətlər və müxtəlif sferalarda əməkdaşlığın inkişafı Sibiqanın Bakı səfəri zamanı müzakirə olundu. Ukraynanın xarici işlər nazirinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbulu zamanı da yalnız ikitərəfli məsələlər gündəmdə idi. Bu o deməkdir ki, Bakı-Kiyev münasibətləri yalnız ikitərəfli xarakter daşıyır və burada hansısa üçüncü ölkə ilə bağlı məsələlər müzakirə mövzusu deyil. Bu baxımdan, Azərbaycan-Ukrayna münasibətləri Rusiya da daxil olmaqla, üçüncü ölkələr tərəfindən normal qarşılanmalı, heç kim Sibiqanın səfərindən narahat olmamalıdır. Belə bir narahatlıq keçirənlər özlərinə əziyyət verməkdən başqa heç nəyə nail olmurlar.
Bunu ən yaxşı Rusiyanın özü anlamalıdır. Çünki Azərbaycan torpaqları 30 il işğal altında qalanda Rusiya Ermənistanın bir nömrəli dəstəkçisi olub. Rusiya və Ermənistan həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həm də ikitərəfli müstəvidə müttəfiq və strateji tərəfdaşlıq münasibətləri qurub. Erməni ordusunun silahlanmasından tutmuş, bu ölkənin bütün sferalarında Rusiya dəstəyi mühüm rol oynayıb və belə bir dəstək Ermənistanın Azərbaycan torpaqlarının işğalı siyasətini davam etdirməsinə zəmin yaradıb. Bu məsələlər Azərbaycanda həmişə suallar yaratsa da, Rusiya tərəfi istənilən ölkə ilə ikitərəfli münasibətlər qurmaq hüququna malik olduğunu bildirir, mövqeyini belə izah edirdi. O zaman sual yaranır:
- Azərbaycanın Ukrayna ilə ikitərəfli münasibətləri Rusiyada niyə narahatlıq yaratmalıdır?
- Rusiya və Ermənistan rəsmiləri ən yüksək səviyyədə qarşılıqlı səfərlər edirsə, Ukrayna xarici işlər nazirinin Azərbaycana səfəri, ümumiyyətlə Bakı-Kiyev xəttində qarşılıqlı səfərlər niyə suallar doğurmalıdır?
Azərbaycan-Ukrayna münasibətləri və iki ölkə arasındakı təmaslar diplomatik qaydalar çərçivəsində davam edir. Burada üçüncü tərəfləri narahat edəcək heç bir məsələ yoxdur və spekulyativ mülahizələrə yol verilməsi də qəbul edilməzdir.
Asif Nərimanlı
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH













.png)

.jpg)



.jpg)
















