Nida Təhlil
İbrahimi Bakıya gətirildi: Növbədə kimlər var? - DETALLAR
Rusiya vətəndaşı Zahirəddin İbrahimovun (İbrahimi) Dövlət Təhlükəsizlik Xidməti tərəfindən qandallanaraq Bakıya gətirilməsi Azərbaycana qarşı separatizmin neytrallaşdırılması prosesində önəmli addımlardandır. Onun Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin yanında saxlanılması da təsadüfi deyil, çünki İbrahimi və digərləri separatçı fəaliyyəti ermənilərlə sinxron şəkildə həyata keçiriblər və bu prosesdə müxtəlif ölkələrin maraqları olsa da, Ermənistan xüsusi xidmət orqanları birbaşa idarəçi kimi iştirak edib.
Rusiyada Azərbaycana qarşı separatizm fəaliyyətini həyata keçirən Zahirəddin İbrahimi 2019-ci ildə - Fəxrəddin Abbaszadənin həbsindən (2018-ci il) sonra daha çox ön plana çıxmağa başladı. Bu, Abbaszadənin həbsindən sonra Rusiyadakı separatçı qrupların “liderlik” mübarizəsindən qaynaqlanırdı. Həmin vaxt yeni “lider” kimi iki şəxsin adı hallanırdı: İsmayıl Şabanov və Zahirəddin İbrahimi.
İ.Şabanovun şansları daha çox qiymətləndirilirdi. Lakin 2016-cı ildə onunla F.Abbaszadə arasında pul məsələsinə görə narazılığın yaranması önündə əngələ çevrildi. Məlumatlara görə, 2016-cı ilin 3 mart tarixində İrəvandakı “Ani Plasa” hotelində keçirilən “Azərbaycanda yaşayan köklü xalqlar: reallıqlar və perspektivlər” adlı konfransa görə Ermənistan tərəfindən maliyyə ayrılıb, lakin Abbaszadə Şabanovun istədiyi məbləği verməyib. Ermənistan xüsusi xidmət orqanlar bu mübarizədə Abbazsadəni dəstəklədi. Bundan sonra Şabanov İrandan dəstək almaq üçün “tat kartı”nı aktivləşdirdi.
Şabanovdan fərqli olaraq, İbrahimi Ermənistan xüsusi xidmət orqanları üçün daha “sərfəli fiqur” olub. Çünki Şabanov “çoxtərəfli oyunçu” kimi çıxış edir, təkcə Ermənistanla yox, Rusiya və İranla da oynamağa çalışır. İbrahimi isə fəaliyyətini Ermənistanla – erməni diasporu/lobbisi ilə daha sıx sinxronlaşdırır. Onun əsas tribunası da Ermənistan mediası və Rusiyada ermənilərə məxsus informasiya resursları olub.
Z.İbrahiminin həbs edilməsindən sonra Rusiyada fəaliyyət göstərən separatçı qrupların “liderlik” mübarizəsi yenidən aktualaşacaq və belə görünür ki, önü açılan Şabanov aktivləşə bilər. Yeni fiqurların önə çıxması da istisna edilməməlidir. Çünki Azərbaycana qarşı separatçı qrupların fəaliyyətində birdən çox ölkənin xüsusi xidmət orqanlarının maraqları var və hər bir ölkə qrup daxilində daha güclü mövqelərə sahib olmaq istəyir.
Hərçənd, Azərbaycanın Ermənistan üzərindəki qələbəsi, o cümlədən, Rusiya və İranla münasibətləri fonunda separatçı qrupların fəaliyyət imkanlarının əvvəlki dövrlə müqayisədə məhdudlaşdığı reallığı da diqqətdən qaçmır. İbrahiminin həbsi bu prosesdə yeni başlanğıc ola bilər.
Asif Nərimanlı
-
Hadisə02:43Bakıda dəhşətli qəza: avtomobil iki yerə bölündü - Foto/Video
-
İdman02:00Dünya çempionu ola bilməyən Ronaldo göz yaşlarına boğuldu
-
Qoroskop01:20Günün ulduz falı: diqqət mərkəzində olacaqsız
-
Cənubi Qafqaz6 İyul 22:18Tbilisinin mərkəzində torpaq sürüşməsi
-
İdman6 İyul 21:39Tramp o məsələ ilə bağlı İnfantinoya zəng etdiyini təsdiqlədi
-
Hadisə6 İyul 20:48Mərdəkanda dənizdə bir ailənin 4 üzvü batdı - İkisi xilas olundu
-
ABŞ6 İyul 19:40İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq - Tramp
-
Hadisə6 İyul 19:10Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu































.jpg)






