Nida Təhlil
Əliyev, Ərdoğan və Şərifin Laçın gedişi - DETALLAR
Prezident İlham Əliyev və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif Laçındadır. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın da gələcəyi və üç liderin birlikdə Laçın Beynəlxalq Hava Limanının açılışını edəcəyi gözlənilir.
28 May – Müstəqillik Günündə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin azad olunmuş ərazilərdə - Laçında hava limanının açılışını etməsi ilk öncə simvolik baxımdan önəmli detaldır. Bunu Azərbaycanın müstəqilliyinin 107-ci ildönümündə iki müttəfiq ölkə ilə birlikdə Şərqi Zəngəzurda üç istiqamətdə “əzələ nümayişi” kimi də qəbul etmək mümkündür.
1. Yeni Dehli-İrəvan: Hindistanın Müdafiə Sənayesi Dəhlizi layihəsi çərçivəsində Ermənistanın silahlandırılması sürətlənir;
2. Paris-İrəvan: Qərbi Zəngəzurda konsulluq açmağa hazırlaşan Fransa Ermənistan üzərindən regionda möhkəmlənmək xəttini inişaf etdirir;
2. Moskva-İrəvan: regiona qayıtmağa çalışan Rusiya Ermənistanda mövqelərini bərpa etmək məqsədilə Azərbaycana qarşı müqaviməti artırmağa cəhd edir; Lavrovun səfərində bu xətt açıq hiss olunurdu;
Birbaşa və dolayısı ilə Azərbaycana qarşı olan regional hadisələr fonunda rəsmi Bakı öz cəbhəsini məhz Şərqi Zəngəzurda – bölgədəki geosiyasi maraqların praktiki risklər yarada biləcəyi xətdə nümayiş etdirir.
Burada iki məqam – Pakistan-Hindistan toqquşması və Laçın hava limanının lojistik əhəmiyyəti isə Əliyev-Ərdoğan-Şərif görüşünün siyasi traektoriyasını Cənubi Qafqaz sərhədlərindən kənara çıxarır.
Şahbaz Şərif Azərbaycana gəlişindən öncə Türkiyə və İranda səfərdə idi. Pakistan liderinin regional turnesi Hindistanla son toqquşmadan sonra dəstəyini genişləndirmək məqsədi daşıyır. Bu baxımdan, Pakistanın müttəfiqi olan Türkiyə və Azərbaycana səfər Hindistan qarşısında mövqelərini daha da gücləndirmək, İrana səfər isə Tehran-Dehli xəttindəki yaxınlığı İslamabadın xeyrinə dəyişmək gedişi kimi görünür. Lakin Şərifin məhz Laçına gəlişi və hava limanının açılışında iştirakı (TRT üç liderin birlikdə açılış edəcəyi haqda məlumat yayıb) Hindistan-pakistan toqquşması kontekstində təsadüfə bənzəmir. Çünki Hindistanın Pakistana son hücumunda hədəflərdən biri Orta dəhlizdə kartları qarışdırmaq idi. Laçın hava limanı da Orta dəhlizin lojistik potensialını gücləndirəcək layihələrdəndir. Hindistanın hücumundan sonra Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçın hava limanının açılışında birlikdə iştirakı Orta dəhlizin aktuallığının sərgiləmək, marşrut üzərində logistik imkanlarının artırıldığını nümayiş etdirmək baxımından əhəmiyyətlidir.
Asif Nərimanlı
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir
































