Nida Təhlil
Rusiyanın “Pörl Harbor”u: Putinin cavabı nə olacaq?
Ukraynanın Rusiyanın aviabazalarına uğurlu “Hörümçək toru” əməliyyatının müharibə meydanında vəziyyəti dəyişdirə bilməsə də, diplomatik müstəvidə hadisələrin inkişafına təsiri istisna deyil. Hücumun hədəfləri də daha çox siyasi görünür:
- Ukrayna “təslimçi sülhə” razı olmayacağını nümayiş etdirdi;
- Müharibənin başlanmasından üç il sonra ABŞ-ın əvvəlki dəstəyi olmasa belə, Rusiyaya qarşı döyüşə biləcəyini göstərdi;
- Trampa Putini geri çəkilməyə məcbur edə biləcəyi pasını ötürdü.
Əməliyyatın İstanbul görüşündən öncə həyata keçirilməsi də rəsmi Kiyevin masaya güclü şəkildə gəlməsini təmin edir. Hücumun masadakı danışıqlara effekti iki ssenaridə mümkündür:
1. Rusiya tələblərinə korrektələr edir və ortaq mövqenin tapılmasına yanaşır. Hərçənd, Kiyev də bunun zəif ehtimal olduğunu anlayır;
2. “Təslimçi sülhə” razı olmayacağını praktiki müstəvidə sərgiləyən Ukraynanın müqavimətinə görə danışıqlar nəticəsiz qalır: bu, mövcud şərtlərdə Kiyevə sərf edir, lakin açıq qalan sual var:
- “dönüş nöqtəsi” – ya sülh, ya müharibəyə davam – hesab olunan İstanbul danışıqlarında nəticə əldə olunmayacağı təqdirdə, ABŞ-ın “seçimi” kim olacaq - Putin, yoxsa Zelenski?
Ukraynanın “Hörümçək toru” əməliyyatının əsas hədəflərindən birinin məhz ABŞ-ın mövqeyinə təsir etmək, Tampı Putinə qarşı təzyiqə sövq etmək olduğu görünür. “Hörümçək toru” əməliyyatının kölgəsi altında baş tutan İstanbul görüşündə nəticənin əldə edilməsi isə daha da çətinləşir.
Rusiyaya hücumda bir neçə məqam xüsusilə diqqət çəkir.
Birincisi, İsrailin İrana qarşı taktikasından yararlanan Ukranyanın PUA-ları Rusiyanın dərinliklərinə daşıması və zərbələri daxildən endirməsidir: bu, Rusiyanın zəifliyini ortaya çıxardı və ciddi itkilərə məruz qoydu;
İkincisi, Rusiyanın bu hücumdan məlumatlı olma ehtimalı nə qədər real görünür?
Rusiyanın “Pörl Harbor”u adlanan hücuma potensial cavabı diqqəti bu məqama yönəldir, çünki hücum Putinin ötən il yenilədiyi “nüvə doktrinasını” aktualaşdırır və Ukraynaya dəstək verdiyi ehtimal olunan Avropa ölkələrinə zərbələrin endirilməsi riskini önə çıxarır. Zəif ehtimaldır, lakin belə bir hücum Rusiyanın şərtlərini Avropada qəbul etdirmək istəyən Tramp administrasiyasının da marağına cavab verir.
Asif Nərimanlı
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI









.jpg)














.png)












