Nida Təhlil
Fransa Azərbaycan sərhədində kəşfiyyat yuvası açdı - Parisin Zəngəzur gedişi
Qərbi Zəngəzurda davam edən konsulluq yarışında Fransa İrandan sonra nəticə əldə edən ikinci ölkə oldu. Burada sual doğuran bir məqam var: Fransanın konsulluğu hansı istiqamətdə fəaliyyət göstərəcək?
Konsulluq fəaliyyətinin təmsil etdiyi ölkənin vətəndaşları ilə işləmək olduğu və Zəngəzur bölgəsində Fransa vətəndaşlarının yaşamadığı faktı fonunda da bu sual aktuallaşır. Gorusda açılan Fransa konsulluğunun iki mümkün missiyası var.
Birincisi, Fransanın kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərə bilər.
Zəngəzur bölgəsində mövqelənən rəsmi Parisin Azərbaycana, o cümlədən, İrana (Tehran və Paris Ermənistan üzərində ortaq mövqedən çıxış etsə də, regional maraqlarında toqquşan nöqtələr var) və Rusiyaya qarşı bu cür fəaliyyətləri istisna edilməməlidir. O da istisna deyil ki, konsulluq bu missiyanı Avropa İttifaqının bölgədəki müşahidə missiyası ilə koordinasiyalı şəkildə həyata keçirəcək.
İkincisi, həm də ən əsası konsulluğun açılması Fransanın Zəngəzur üzərindən bölgədəki mövqelərini, xüsusilə regional kommunikasiyalarda iştirak imkanlarını gücləndirmək məqsədi daşıyır.
Qərbi Zəngəzur Cənubi Qafqazda kommunikasiyanın açılmasında – bunun bütövlükdə Avrasiyanın nəqliyyat şəbəkəsinin bir hissəsi olduğu amili nəzərə alınmalıdır – strateji bölgədir. Bu kontekstdə konsulluğun açılışında iştirak edən Fransanın İrəvandakı səfiri Olivye Dekotinin “Gorus Ermənistanın geosiyasətinin mərkəzindədir və həmişə mühüm yol ayırıcı rolunu oynayıb, bundan sonra da belə olacaq” sözləri diqqət çəkir. Səfirin Gorusun yenidən “yol ayırıcı mərkəzə” (Gorus-Qafan yolunun bir hissəsi Azərbaycanın nəzarətinə keçəndən sonra bölgənin kommunikativ əhəmiyyəti azalıb) çevrilməsini irəli sürməsi belə oxuna bilər: bölgədə konsulluq açan Fransa regional komminikasiyanın bərpasında İrəvanın “sülhün kəsişməsi” layihəsinin qəbul edilməsi və Avropa İttifaqının Mərkəzi Asiya ölkələrindən başlayan Transxəzər dəhlizinin Ermənistan vektorlu reallaşması istiqamətində səylərini sürətləndirəcək.
Asif Nərimanlı
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































